Accessibility links

Həmsədrlər qoşunların təmas xəttindən Ermənistan ərazisinə keçəcək


ATƏT-bayraq
ATƏT-bayraq

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 16-da Qazax rayonu Bala Cəfərli kəndinin yaxınlığında qoşunların təmas xəttində monitorinq keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Peter Svedberq keçirəcək.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Simon Tiller keçirəcək.

Monitorinq zamanı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və ATƏT-in Minsk qrupunun həmsədirləri – İqor Popov (Rusiya), Pyer Andryu (Fransa), Ceyms Uorlik (ABŞ), elecə də C.Uorlikin köməkçisi David Salvo, İ.Popovun köməkçisi Yelena Kravçenko 16 oktyabrda Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsindən təmas xəttinin qarşı tərəfinə keçməyi planlaşdırır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG