Accessibility links

ATƏT-in seçkiləri Müşahidə Missiyasının rəhbəri Müsavat başqanı ilə görüşüb


Azərbaycanda prezident seçkilərində müşahidə missiyasının rəhbəri Tanda de Zulueta
Azərbaycanda prezident seçkilərində müşahidə missiyasının rəhbəri Tanda de Zulueta
Müsavat Partiyasının başqanı İsa Qəmbər ATƏT-in 9 oktyabrda keçiriləcək prezident seçkiləri ilə əlaqədar uzunmüddətli Müşahidə Missiyasının rəhbəri Tana de Zuluetta və missiyanın siyasi analitiki Vadim Jdanoviçi qəbul edib.

Müsavatın mətbuat xidmətinin məlumatına görə, görüşdə prezident seçkiləri ərəfəsində ölkədəki ictimai-siyasi vəziyyət, seçki kampaniyasının gedişi və müşahidənin təşkili barədə fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin ATƏT-n Müşahidə Missiyasının seçki prosesində Müsavat Partiyası, Cəmil Həsənlinin seçki qərargahı ilə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.
XS
SM
MD
LG