Accessibility links

“Bizim üçün bütün prosesi rahat izləmək üçün hər cür imkan yaradılıb" - ATƏT-in müşahidəçisi


“Müşahidə missiyamız Azərbaycan hökuməti tərəfindən dəvət olunub. Bu, ATƏT-ə üzv ölkələrin prinsip və öhdəlikləri ilə bağlıdır"
please wait

No media source currently available

0:00 0:10:35 0:00

“Azərbaycanda növbədənkənar parlament seçkilərini 41 ölkədən 358 müşahidəçi müşahidə edir. Seçki müşahidəsi ümumi praktikadır və biz bütün ATƏT ölkələrində seçkilərdə müşahidələrimizi aparırıq.”

Bu barədə Amerikanın Səsinə ATƏT-in qısamüddətli müşahidə missiyasının xüsusi koordinatoru Artur Gerasimov deyib.

Onun sözlərinə görə, müşahidə missiyası bu yaxınlarda Belarus və Özbəkistanda keçirilən seçkilərdə müşahidə aparıb: “Müşahidə missiyamız Azərbaycan hökuməti tərəfindən dəvət olunub. Bu, ATƏT-ə üzv ölkələrin prinsip və öhdəlikləri ilə bağlıdır. Seçki günündən öncə beynəlxalq müşahidə missiyasının üzvləri Mərkəzi Seçki Komissiyası, vətəndaş cəmiyyətinin nümayəndələri, siyasi partiyalar və namizədlərlə görüşüb və məlumatlandırılıb. Bizim seçki ilə bağlı kifayət qədər məlumatımız var. Seçki günü ilə bağlı deyə bilərəm ki, beynəlxalq müşahidə missiyasının üzvü olan yüzlərlə müşahidəçimiz Bakıda, Gəncədə, Sumqayıtda və digər regionlarda öz müşahidələrini aparırlar. Müşahidələrimizi yekunlaşdırdıqdan sonra biz sabah əlimizdə olan məlumatlara əsasən mətbuat konfransı keçirəcəyik. Bu anadək özüm bir neçə məntəqədə olmuşam. Onu deyə bilərəm ki, bizim üçün bütün prosesi rahat izləmək üçün hər cür imkan yaradılıb, mən özüm heç bir təzyiqlə qarşılaşmamışam. Biz bütün qeydlərimizi götürmüşük.”

Gerasimov Bəxtiyar Hacıyevlə bağlı suala cavabda: “Bizim hələ bununla bağlı məlumatımız yoxdur. Amma bizim çox məntəqələrdə müşahidəçilərimiz var. Biz aldığımız məlumatları yekun hesabatımızda əks etdirəcəyik,” deyib.

ATƏT-in müşahidəçisi Artur Gerasimov həmçinin deyib ki, “səsvermənin gedişində indiyədək hər hansı qayda pozuntusu ilə rastlaşmayıb.”

Müşahidəçi bildirib ki, hazırda ATƏT-in 360-dək müşahidəçisi Azərbaycanda keçirilən seçkiləri izləyir.

“Biz seçkilərdən əvvəl Mərkəzi Seçki Komissiyasının nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının, partiyaların təmsilçiləri ilə görüşmüşük, kifayət qədər məlumatımız var. Hazırda bizim nümayəndələrimiz bütün ölkə üzrə seçkiləri müşahidə edir. Bütün məlumatları toplayıb analiz etdikdən sonra mətbuat konfransı keçirəcəyik” - deyə, o qeyd edib.

Qeyd edәk ki, bu gün, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.

XS
SM
MD
LG