Accessibility links

Asiya mənşəli amerikalı qadınları öldürən şəxs qətlləri nifrət zəminində törətdiyini inkar edir


Asiya mənşəli amerikalı qadınları öldürən şəxs qətlləri nifrət zəminində törətdiyini inkar edir
please wait

No media source currently available

0:00 0:02:08 0:00

Asiya mənşəli amerikalı qadınları öldürən şəxs qətlləri nifrət zəminində törətdiyini inkar edir

Corciya ştatının Atlanta şəhərində altısı Asiya mənşəli qadınlar olmaqla, 8 nəfərin ölümü ilə nəticələnən silahlı hücumu həyata keçirən ağdərili şübhəli qətlləri nifrət zəminində törətdiyini inkar edib.

Atlanta şəhəri yaxınlığında üç Asiya masaj salonuna silahlı hücum edilib. İlk masaj salonuna hücum zamanı 5 nəfər ölüb, 1 nəfər yaralanıb.

İkinci hücum oradan 50 kilometr məsafədəki salonda baş verib. Polis həmin salonda 3 nəfərin ölməsinə səbəb olan ikinci hücumu araşdırdığı zaman küçənin qarşı tərəfində bir spa salonuna da hücum olunduğuna dair xəbər alıb.

Bir müddət sonra polis magistral yolda təqib etdiyi 21 yaşlı Robert Aaron Lonqu həbs edib. Çeruki Mahalı Polis İdarəsinin rəisi Frank Reynolds "Onda "cinsi asılılıq" kimi bəzi potensial problemlər müşahidə olunub.
Və çox guman ki, o, bu yerlərdən bəzilərinə tez-tez gedib."

Altı Asiyalı qadının ölümü ölkədəki Asiya mənşəli amerikalıları şoka salıb və narahatlıqlara səbəb olub. Atlanta şəhərinin meri Keyşa Lens Bottoms "Hər hansı bir icmaya qarşı cinayət, hamımıza qarşı cinayətdir."

Koreya dilindəki yerli xəbər agentliyinin baş müxbiri San Yion Linin dediyinə görə, masaj salonlarından ikisi Koreya mənşəli amerikalılara məxsusdur. “Onlar dəhşət içərisindədirlər. Bu gün səhər Koreya mənşəli amerikalılar icmasının gənc üzvləri qurbanlara yardım və gələcək zorakılıqların qarşısını almaq üçün “Çevik Reaksiya Qrupu” təşkil etdi.”

Corciya ştatının keçmiş federal prokuroru şübhəlinin seks asılılığından qaynaqlandığı iddiasının digər dəlillərlə qarşılaşdırılmalı olduğunu deyir. Byon Pak "Onun səbəbinin nə olduğunu bir dəqiqəlik kənara qoysaq belə, bunun asiyalı-amerikalılara təsirini danmaq olmaz"

Vitse-prezident Kamala Harris Asiya mənşəli amerikalılara dəstəyini bildirib. Lakin o, bu silahlı hücumun daha böyük məsələnin bir hissəsi olduğunu deyib. “Ölkəmizdəki zorakılığın səbəbini bilməli, buna imkan verməməli və həmişə buna qarşı çıxmalıyıq.”

Daha bir icma kütləvi bir qırğının öhdəsindən gəlməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG