Accessibility links

ATƏT-in Astana Sammitində qlobal problemlər diqqət mərkəzində olub


ATƏT-in Astana Sammitində qlobal problemlər diqqət mərkəzində olub
ATƏT-in Astana Sammitində qlobal problemlər diqqət mərkəzində olub

Çıxışlarda dünyada, həmçinin Avropada sülhün və təhlükəsizliyin təmin olunmasında, insan hüquqlarının müdafiəsində, terrorizm və narkotiklərin qeyri-qanuni dövriyyəsinin qarşısının alınmasında, münaqişələrin həllində ATƏT-in fəaliyyətinin vacibliyi qeyd edilib

Astanada ATƏT-in VII sammiti keçirilir. Sammitdə 56 üzv və 12 tərəfdaş ölkənin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri iştirak edir.
Sammiti Qazaxıstan prezidenti Nursultan Nazarbayev açıb. O iştirakçıları nüvəsiz dünya ilə bağlı ümumi bəyannamənin qəbulunu dəstəkləməyə çağırıb.

Cənab Nazarbayev sammitdə Əfqanıstandakı vəziyyət, qeyri-qanuni miqrasiya, kütləvi qırğın silahlarının yayılması təhlükəsi, qlobal iqtisadi böhran məsələlərinin müzakirə ediləcəyini bildirib.

Forumda iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi, Maastrix strategiyasına “Maastrix müsbət” sənədini əlavə edilməsi, iqtisadi forumun yaradılması, silahsızlaşdırma üçün forumun yaradılması, dinlərarası dialoqun genişləndirilməsinin vacibliyi vurğulanıb.

BMT-nin baş katibi Pan Gi Mun indi dünyada sülhün və təhlükəsizliyin bərqərar olmasına daha çox ehtiyac olduğunu bildirib. “Bunun üçün birgə əməkdaşlıq daha faydalıdır. ATƏT regionunda uzun müddətdir ki, həll olunmayan münaqişələr mövcuddur. Onlar sülh və danışıqlar yolu ilə həllini gözləyir. Eyni zamanda, münaqişə bölgələrində yaşayan insanlar da haqlı olaraq bizdən kömək istəyir”, - deyə baş katib qeyd edib.

Çıxışlarda dünyada, həmçinin Avropada sülhün və təhlükəsizliyin təmin olunmasında, insan hüquqlarının müdafiəsində, terrorizm və narkotiklərin qeyri-qanuni dövriyyəsinin qarşısının alınmasında, münaqişələrin həllində ATƏT-in fəaliyyətinin vacibliyi qeyd edilib.

XS
SM
MD
LG