Accessibility links

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycandadır


ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycandadır
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycandadır

Prezidentin rəsmi saytının məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

ATƏT-ion Minsk qrupunun həmsədrləri Robert Bradtkeni (ABŞ), Bernar Fasyeni (Fransa), İqor Popovu (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikinin regiona səfəri başlayıb.

Bu gün prezident İlham Əliyev Minsk qrupunun həmsədrlərini və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsini qəbul edib.

Prezidentin rəsmi saytının məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iyunun 24-də Kazanda keçirilən görüşündə münaqişənin baza prinsipləri üzrə razılıq əldə edilməyib. Bundan sonra da, Rusiya səylərini davam etdirib. Amerika və Rusiya prezidentləri telefonla Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirə aparıb. Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistana və Azərbaycan səfər edib. Nazir Lavrov iyulun 13-də Vaşinqton səfəri zamanı münaqişə ilə bağlı məsələlərə toxunulub.

İyulun 17-də isə Azərbaycan xarici işlər nazirinin Moskvaya səfəri gözlənilir.

XS
SM
MD
LG