Accessibility links

ATƏT-in sədri Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb


Cənab Gilmor Ermənistana səfərdən sonra iyunun 12-də Gürcüstanda, 13-14-də Azərbaycanda olacaq.

ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər naziri İmon Gilmor Ermənistanla Azərbaycanı güc tətbiqindən, hədələrdən imtina etməyə və cavab tədbirlərindən çəkinməyə çağırıb.
“Mən bu yaxınlarda baş verən hadisələri qətiyyətlə pisləyirəm. Bu münaqişə gücün köməyi ilə həll oluna bilməz. Zorakılığa son qoyulmalıdır”, - İ.Gilmor bu gün Yerevanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşündən sonra bildirib.
“Eyni sözləri cümə axşamı Azərbaycanda da deyəcəm. İnam yaratmağın vaxtı çatıb. Bundan ötrü iradə və bütün iştirakçıların öhdəlikləri lazımdır. Biz İrlandiyada münaqişənin qiymətini çox yaxşı bilirik və başa düşürük ki, bu cür vəziyyətləri həll etmək necə çətindir”, - o bildirib.
“Təcrübəmizə əsaslanaraq deyə bilərəm ki, çox dəqiq və qətiyyətli siyasətə malik olmaq çox vacibdir və zorakılığa, cavab tədbirlərinin görülməsinə yol verilməməlidir”, - o vurğulayıb.
Cənab Gilmor ATƏT-in Minsk Qrupunun səylərini dəstəklədiyini bildirib.

“Həmsədrlər ölkələr və xalqlar arasında ziddiyyətlərin aradan qaldırılmasına yardım edə bilər. Biz dialoq üçün forumu təmin edə bilərik, atəşkəs rejiminin möhkəmləndirilməsi və danışıqlar yolu ilə həlli variantının tapılması üçün tərəflərin atdığı addımları dəstəkləyə bilərik. Lakin bundan ötrü tərəflər nizamlanmanın baza prinsiplərinin qəbulu üzrə işə yardım etməli, snayperləri cəbhə xəttindən çəkməli, cəbhə xəttində insidentlərin araşdırılması mexanizmi barədə razılığa gəlməlidır”, - o bildirib və inam tədbirlərinin möhkəmləndirilməsi üzrə tədbirlərin vacibliyini göstərib.
Cənab Gilmor Ermənistana səfərdən sonra iyunun 12-də Gürcüstanda, 13-14-də Azərbaycanda olacaq.

XS
SM
MD
LG