Accessibility links

ATƏT Tacikistan jurnalistinin azad edilməsinə çağırır


ATƏT Tacikistan jurnalistinin azad edilməsinə çağırır
ATƏT Tacikistan jurnalistinin azad edilməsinə çağırır

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Tacikistanı həbsdə olan BBC müxbiri Urunboy Usmanovu azad etməyə çağırıb. İyun ayının 13-də həbs edilən 59 yaşlı jurnalist radikal İslamçı Hizb-Üt-Təhrir qrupunun üzvü olmaqda ittiham edilir. Lakin Avropa Təhlükəszilik və Əməkdaşlıq Təşkilatının bəyanatında Usmanovun həbsinin səbəbinin həssas məsələlərlə bağlı reportajlar hazırlaması olduğu deyilir.

İnsan haqları təşkilatı Amnesty İnternational da 10 il BBC-nin əməkdaşı olan Usmanovun dərc etdiyi məqalələrə görə həbs edildiyini deyib. Təşkilat Usmanovun ailəsinin onun həbsxanada işgəncələrə məruz qaldığını dediyini bildirib. Təşkilat eləcə də, Usmanovun vicdan məhbusu olduğunu bildirib və təcili olaraq azad edilməsinə çağırıb.

XS
SM
MD
LG