Accessibility links

İranda militantlar polis idarəsinə hücum edib


İran
İran

İran rəsmiləri deyir ki, şənbə günü Pakistan sərhədindəki Sistan və Bəlucistan vilayətində dörd militant İran polis stansiyasına hücum edib. Nəticədə hücum edən dörd şəxslə birlikdə iki mühafizəçi həyatını itirib.

Dövlət tleleviziyası xəbər verir ki, insident ölkənin ən yoxsul vilayətlərindən birinin Zahidan şəhərində baş verib. Məlumatda vilayət qubernatorunun müavini Əlirza Mərhəmətidən sitat gətirilərək bildirilib ki, hücum edən şəxslər əl qumbaralarından istifadə ediblər. Əlavə təfərrüatlar verilməyib.

İnsan hüquqları qrupları deyir ki, təxminən 2 milyonluq bəluc azlığı onillərir repressiya və ayrı-seçkiliyə məruz qalır. Zahidana 2022-ci ilin sentyabrın 30-da etirazçıların öldürülməsinən sonra hər həftə etirazlar keçirilir, baxmayaraq ki, ölkənin başqa hissələrində nümayişlər və iğtişaşlar azalıb.

Amnesty International xəbər verir ki, təhlükəsizlik qüvvələri etirazçılara qarşı təqiblər çərçivəsində 66-dan çox insanı öldürüb. Rəsmilər Zahidanın polis komandiri və polis idarəsinin rəisini işdən çıxarıb.

Rəsmilər sentyabrın 30-da atışmanı Pakistandakı sığınacaqlardan fəaliyyət göstərən bəluc militant qrupu olan Caiş Əl-Ədlin, yəni Ədalət Ordusunun başlatdığını bildirib. Nə Caiş Əl-Ədl nə də başqa bir qrup hücumun məsuliyyəti üzərinə almayıb.

Bu arada isə İRNA dövlət xəbər agentliyi şənbə günü bildirib ki, rəsmilər 2022-ci il 26 oktyabr tarixinə İranın ikinci ən müqəddəs şəhəri Şiraza məscidə ölümcül hücumda əli olan iki nəfəri edam edib.

Rəsmilər deyib ki, bu iki nəfər İslam Dövləti terror qrupunun üzvü olub və ən azı 13 nəfərin ölümü, 30 nəfərin yaralanması ilə nəticələnən hücumun arxasında onlar olub.

Məscidə hücum edən silahlı şəxslərdən biri, Sübhan Komruni saxlanıldığı zaman aldığı xəsarətlər nəticəsində İranın cənubunda xəstəxanada ölüb.

XS
SM
MD
LG