Accessibility links

Myanmanın de-fakto lideri ölkəsinin Rakhayn ştatındakı böhrana dair mövqeyini müdafiə edib


Myanmanın de-fakto lideri Aunq San Syu Kyi öz ölkəsinin Rakhayn ştatındakı böhrana dair mövqeyini müdafiə edib. Son həftələr 400 minə qədər etnik rohinca ştatda baş qaldıran zorakılıqlara görə qonşu Banğladeşə qaçmağa məcbur olub.

Çərşənbə axşamı paytaxt Neypitavda Myanmanın dövlət müşaviri vəzifəsini icra edən Nobel Sülh Mükafatı laureatı ölkəsinin beynəlxalq nəzarətdən qorxmadığını deyib.

"Myanma hökuməti ittihamları və məsuliyyəti paylaşmaq fikrində deyil. Biz insan hüquqları pozuntularını və qanunsuz zorakılığı qınayırıq. Biz ştat daxilində sülhün, sabitliyin və qanunun aliliyinin bərpasına çalışırıq. Təhlükəsizlik qüvvələrinə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi zaman davranış qaydalarına riayət edilməsi, bütün zəruri məhdudiyyətlərin tətbiq edilməsi və günahsız mülki vətəndaşlara zərərin dəyməməsi üçün bütün tədbirlərin həyata keçirilməsi tapşırılıb."

Lakin Aunq San Syu Kyinin başçılıq etdiyi mülki hökumətin ordu üzərində hüquqi səlahiyyətinin olmaması böhranın sülh yolu ilə həllini çətinləşdirir.

Nobel Sülh mükafatı laureate olan Aunq San Suu Kyi vəziyyətlə bağlı mövqeyini bildirməyinə görə beynəxalq miqyasda tənqidlərlə qarşılaşıb. O, vətənində mövcud böhranın ünvanlanması ilə əlaqədar bu həftə BMT-nin Baş Assambleyasında iştirakını təxirə salıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG