Accessibility links

Aşura gününü qeyd etmək üçün zəvvarlar Kərbəla şəhərinə toplaşıb


Aşura gününü qeyd etmək üçün zəvvarlar Kərbəla şəhərinə toplaşıb
Aşura gününü qeyd etmək üçün zəvvarlar Kərbəla şəhərinə toplaşıb

Şəhər ətrafında 23 000-dən çox təhlükəsizlik qüvvəsi yerləşdirilib

İraq rəsmiləri Kərbəla şəhərində təhlükəsizlik tədbirlərini gücləndiriblər. On minlərlə ziyarətçi şiələrin ən vacib müqqəddəs günlərindən biri olan Aşuranı qeyd etmək üçün Kərbəlaya axışır.

Polisin verdiyi məlumata görə, dünən Bağdadda şiə zəvvarları hədəf alan bomba partlayışı nəticəsində 3 nəfər həlak olub. İraq təhlükəsizlik qüvvələri bildirir ki, bir gün əvvəl isə paytaxt yaxınlığında baş vermiş intiharçı hücumu ən azı 4 şiə zəvvarın həyatına son qoyub. Kərbəla şəhəri ətrafında 23 000-dən çox təhlükəsizlik qüvvəsi yerləşdirilib.

Qeyd edək ki, Aşuranı bütün dünya şiə müsəlmanları qeyd edir. Aşura günü təxminən 1300 il əvvəl İmam Hüseynin ölməsi qeyd olunur. İmam Hüseyn Məhəmməd peyğəmbərin nəvəs idi.

XS
SM
MD
LG