Accessibility links

Ostin: "Putin Ukraynanı alsa, dayanmayacaq"


ABŞ-ın müdafiə naziri Lloyd Ostin
ABŞ-ın müdafiə naziri Lloyd Ostin

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Rusiya Ukraynada uğur qazanacağı təqdirdə, Çini Hind-Sakit okean regionunda ərazilərini genişləndirmək üçün hərbi gücdən istifadə etməyə cəsarətləndirəcəyi barədə xəbərdarlıq edib.

Bir gün əvvəl Kyivə gözlənilməz səfərindən sonra Polşanın şərqindəki hərbi bazada ABŞ əsgərlərinə müraciət edən Ostin "Biz belə bir dünyada yaşaya bilmərik" deyib.

"Əgər siz başqa bir avtokratsınız və deyək ki, bu, Çindir. Daha çox torpaq və ərazi ələ keçirmək istəyirsiniz və Ukraynada baş verənlərin heç bir problem olmadan keçib getdiyini görürsünüz, o zaman özünüzü çox yaxşı hiss edəcəksiniz" - deyə, Ostin bildirib.

Ostin həmçinin xəbərdarlıq edib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada dayandırılmasa, Şərqi Avropadakı suveren demokratiyaları ələ keçirmək cəhdlərini davam etdirəcək.

Ostin "Putin Ukraynanı ələ keçirsə, dayanmayacaq. Bundan sonra o, Baltikyanı ölkələrə doğru gedəcək, sonra siz və dostlarınız özünüzü cəbhə xəttində, bizim dayandırmalı olduğumuz və ya Ukraynanın daha əvvəl dayandıra biləcəyi Putinlə döyüşərək görəcəksiniz" deyib.

Polşa bazasına səfəri zamanı Ostin Polşanın müdafiə naziri Mariuş Blaşçakla danışıqlar aparıb.

Forum

XS
SM
MD
LG