ABŞ müdafiə naziri Lloyd Austin çərşənbə axşamı bildirib ki, Pentaqonun vəd etdiyi M1 Abrams tankları yaxında Ukraynaya çatdıtılacaq və Ukrayna pilotlarına F16 döyüş təyyarələri ilə bağlı təlim keçmək səyləri genişlənərək, ABŞ-da keçiriləcək.
Almaniyada ABŞ-ın başçılıq etdiyi Ukrayna Müdafiə Əlaqə Qrupunun iclasının başlanğıcında çıxış edən Austin müttəfiqləri Rusiya limanlar və taxın obyektlərini hədəf aldığı bir vaxt Ukraynanın ehtiyacı olduğu müdafiə sistemləri ilə təmin etməyə çağırıb .
Austin deyib ki, Rusiyanın döyüş meydanından kənarda hücumları “insanlarda görünməmiş iztirablara səbəb olub” və qlobal ərzaq təhükəsizliyini təhdid edir.
Austinin sözlərinə görə, 50 ölkənin daxil olduğu əlaqə qrupunun çərşənbə axşamı diqqəti Ukrayna ordusunun qısa-müddətli ehtiyaclarına, habelə Ukraynaya “uzun müddətdə etibarlı, bacarıqlı döyüş qüvvəsi yaratmağa” yönəldəcəyi gözlənilir.
Pentaqonun başçısı həmçinin bu ayın əvvəlində Oleksii Reznikovu əvəzləyən Ukraynanın yeni müdafiə naziri Rustem Umerovun iştirakını da alqışlayıb.
“Biz birlik olacağıq, qətiyyətli olacağıq və Ukraynanı müdafiə etmək və aqressiyanın bəhrə vermədiyi bir dünyanı dəstəkləmək əzmimizdə möhkəm olacağıq,” Austin deyib.
Ukrayna rəsmiləri çərşənbə axşamı deyib ki, Rusiyanın Ukraynanın qərbində Lviv şəhərinə havadan zərbələr endirməsi nəticəsində bir nəfər ölüb.
Lvivin meri Andriy Sadovı Telegramda bildirib ki, hücum pəncərələr, məişət kimyəvi maddələri və humanitar yardımların saxlanıldığı üç anbarı vurub.
BMT-nin Ukrayan üzrə humanitar koordinatoru Denis Braun Rusiyanın hücumunu pisləyib və bildirib ki, anbarlardan biri Vatikanın əsas xeyriyyə təşkilatı Karitasa məxsus idi.
“Təxminən 300 ton yardım təchizatının saxlanıldığı mühüm humanitar obyekt yandırılıb,” Braun açıqlamasında deyib. “İl boyu humanitar təchizatlara təsir göstərən hücumlar artıb və müharibənin dəhşətli nəticələrindən əziyyət çəkən insanlara təsir edib,” o əlavə edib.
Ukraynanın Polşa ilə sərhədi yaxınlığında yerləşən Lviv Qərbin Ukraynaya daxil olan yardımının əsas mərkəzidir. Şəhər əvvəllər də Rusiyanın hücumlarının hədəfi olub.
Ukrayna ordusu bildirib ki, hava hücumundan müdafiə sistemləri Rusiyanın hücumda istifadə etdiyi 30 drondan 27-ni məhv edib və bunlar Ukraynanın cənubu, mərkəzi və qərbində baş verib.
Ordu həmçinin ölkənin şərqində Rusiyanın kəşfiyyat dronunu vurduğunu bildirib.
Forum