Accessibility links

Avstraliyada itən radioaktiv kapsul nəhayət tapılıb


Rəsmilər deyir ki, Avstraliya rəsmiləri 1400 kilometr uzunluqda avtomagistralda bir həftəlik axtarışdan sonra çərşənbə günü nəhəng Outbek rayonunda sikkədən kiçik radioaktiv kapsulu tapıblar.

Qərbi Avstraliya ştatının rəsmilərinin bildirdiyinə görə, Sezium-137 kapsulu saatda 70 km sürətlə hərəkət edən xüsusi avadanlıqla təchiz edilmiş avtomobil radiasiyanı müəyyən etməsi nəticəsində aşkar edilib.

Axtarış komandası daha sonra portativ detektor avadanlığından istifadə edərək, yolun kənarında 2 metr uzaqlıqda kapsulu tapıblar.

"Mən vurğulamaq istəyirəm ki, bu qeyri-adi nəticədir" , Qərbi Avstraliyanın Fövqəladə Xidmət naziri Stefen Dauson mətbuat konfransında bildirib.

"Axtarış sahəsinin nəhəngliyini nəzərə alanda, bu kapsulun yerini tapmaq monumental bir problem idi, axtarış qrupları sözün əsl mənasında samanlıqda iynə tapıblar" , Dauson deyib.

O əlavə edib ki, hazırda ordu kapsulu yoxlayır və daha sonra o, cümə axşamı Pert şəhərində təhlükəsiz bir obyektə aparılacaq. Qərbi Avstraliyanın fövqəladə hallar idarəsinin səlahiyyətliləri, müdafiə rəsmiləri, radiasiya mütəxəssisləri və başqaları iki həftə öncə yolda itən kiçik kapsulu axtarırdılar.

Radioaktiv kapsul ştatın ucqar Kimberli bölgəsindəki Rio Tinto-nun Qudai-Darri mədənindən dəmir filizi yeminin sıxlığını ölçmək üçün istifadə edilən ölçmə cihazının bir hissəsi idi. Filiz Böyük Britaniyanın uzunluğundan daha uzun bir məsafədə yerləşən Per şəhərinin yaxınlığında bir obyektə aparılırdı.

Rəsmilər deyir ki, kapsulun yük maşınından düşərək, yolun kənarına düşdüyü güman edilir. Onlar əlavə edir ki, ərazidə hər hansı radiokativ maddənin yayılma ehtimalı demək olar yoxdur.

Diametri 6 mm, uzunluğu 8 mm olan gümüş kapsulda saatda 10 rentgen şüasına bərabər radiasiya yayan Sezium-137 var. İnsanlara kapsulu tapdıqları halda, ondan azı beç metr uzaq durmalarına göstəriş verilmişdi, çünki ona məruz qalmaq radiasiya yanıqlarına və ya şüa xəstəliyinə səbəb ola bilər. Bununla belə, onun yanından keçməklə radiasiya riskinin rentgen çəkmək kimi nisbətən aşağı olduğu güman edilirdi.

Qərbi Avstraliyanın baş sağlamlıq mütəxəssisi Endrü Robertson deyib ki, kapsul hər hansı icmalardan uzaq ucqar bir yerdə tapılıb, və kimində radiasiyaya məruz qalma ehtimalı azdır.

O, təhqiqatın olacağını və istintaqın ştatın 1975-ci ilə aid radiasiya təhlükəsizliyi qanunlarına uyğun olaraq aparılacağını bildirib.

XS
SM
MD
LG