Accessibility links

Türkiyə bəzi Yaxın Şərq ölkələrinin vətəndaşları üçün Minskə uçuşları dayandırıb


Cümə günü bir neçə aviaşirkət Yaxın Şərqdən Belarusa və Avropa Birliyinə getməyə çalışan miqrantların axınının qarşısını almaq üçün Türkiyədən uçuşlara məhduduyyətlər tətbiq edəcəyini açıqlayıb.

Belarusun dövlət aviaşirkəti Belavia, Türk Hava Yolları və İraq Hava Yolları noyabrın 12-də bildirib ki, miqrantların Belarusa, oradan da Avropa Birliyinə üz tutmaq cəhdlərinin qarşısını almaq üçün tədbirlər həyata keçirəcəklər.

Aİ-nın icraedici qolu olan Avropa Komissiyasının sözçüsü hava yolları ilə əlaqələrin “artıq bəhrəsini” verdiyini bildirib.

Üç aviaşirkət atılan addımlara Minskə bəzi uçuşların dayandırılmasının, Minskə birtərəfli bilet satışının qadağan edilməsinin daxil olduğunu bildiridiyi bir vaxt Belarus höküməti daha 100 miqrantın sərhəddə doğru getdiyini xəbər verib.

Belavia öz saytında bildirib ki, “Türkiyə hökumətinin qərarına əsasən, 12.11.2021-ci il tarixindən etibarən İraq, Suriya, Yəmən vətəndaşları Türkiyədən Belarusa gedən reyslərdə uçuşa qəbul edilməyəcək”.

Məsələ ilə əlaqədar Türkiyə Mülki Aviasiya İdarəsi rəsmi Twitter hesabında məlumat yayaraq bildirib ki: “Avropa Birliyi ilə Belarus arasında qeyri-qanuni sərhəd keçidləri problemi ilə əlaqədar Türkiyə hava limanlarından Belarusa səyahət etmək istəyən İraq, Suriya və Yəmən vətəndaşlarının növbəti xəbərdarlığa qədər bilet almağa və təyyarəyə minmələrinə icazə verilməyəcək”.

Avropa Birliyi Minski Yaxın Şərq və Afrikanın müharibədən əziyyət çəkmiş və yoxsul ölkələrindən olan miqrantları şirnikləndirərək Belarusa gəlməyə və ordan da Polşa sərhədlərində miqrant böhranı yaradaraq "hibrid müharibə" apramaqda günahlandırır.

Artıq bir neçə aydır ki, minlərlə miqrant Belarus Polşa sərhəddinə ilişib qalıb. Noyabrın 8-də yüzlərlə insanın sərhəddi qanunsuz keçmək üçün birgə səy göstərməsi və onların Polşa sərhədçiləri tərəfindən geri göndərilməsi böhranın pik nöktəyə çatmasına səbəb olub.

BMT-nin Qaçqınlar üzrə Agentliyi, Beynəlxalq Miqrasiya Təşkilatı və Qırmızı Xaçdan ibarət qruplar miqrantların vəziyyətini yoxlamaq və yardım çatdırmaq üçün noyabrın 11-də əraziyə baş çəkib.

XS
SM
MD
LG