Accessibility links

Avqust ayından bəri 300 mindən çox əfqan Pakistana qaçıb


Avqust ayında Talibanın Əfqanıstanı ələ keçirməsindən sonra 300 mindən çox əfqan Pakistana sığınıb. İndi onların bir çoxdundan geri qayıtması istənilir.

Rəqəmləri açıqlayan Pakistan rəsmiləri cümə axşamı bildirib ki, ölkəyə giriş edən 105 min əfqan aktiv vizalarla sərhədi keçib. Lakin onlar viza müddəti bitdikdən sonra belə ölkədə qalmağa davam edir.

"Digər 200 min nəfər qeyri-qanuni yollarla ölkəyə girib və biz onlardan Əfqanıstanda böhran olmadığı üçün 90 gün ərzində Pakistanı tərk etmələrini xahiş edirik" deyə ölkənin informasiya naziri Fəvad Hüseyn Amerikanın Səsinə bildirib.

Nazir qeyd edib ki, ölkəsi artıq rəsmi və qeyri-qanuni iqtisadi miqrantlar da daxil olmaqla 3 milyona yaxın əfqana ev sahibliyi edir və kövrək Pakistan iqtisadiyyatı yeni gələnlərin yükünü daşıya bilməyəcək.

Qonşusu ilə 2600 kilometr sərhəd bölüşən Pakistan, avqustun 15-dən sonra yeni qaçqın axınının qarşısını almaq məqsədilə sərhəd nəzarətini gücləndirib.

Rəsmilər bildiriblər ki, ölkəyə gələn əfqanların çoxu qeyri-qanuni olaraq köhnə qaçqın statusu kartlarından və ya 1893-cü ildə Britaniya tərəfindən sərhədi demarkasiya etmək məqsədi ilə verilən, onları bölünmüş qəbilələrin üzvləri olduğunu göstərən sənədlərdən istifadə edib sərhədi keçib.

Pakistanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Məhəmməd Sadiq bildirir ki, hökumət vizası bitmiş əfqanlara sənədlərini rəsmi olaraq “təyin olunmuş vaxt çərçivəsində yeniləməyə imkan verəcək mexanizm hazırlayır ki, onlar burada qeyri-qanuni statusda olmasınlar”.

O həmçinin çərşənbə günü pakistanlı və əfqan iş adamları və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş zamanı deyib ki, onun hökuməti cinayət fəaliyyəti ilə məşğul olmadıqları təqdirdə qeyri-qanuni əfqan qaçqınlara qarşı repressiya başlatmağı planlaşdırmır.

Digər tərəfdən beynəlxalq yardım agentliklərinin hesablamaları göstərir ki, avqustun 15-dən sonra aralarında qadınlar və uşaqlar da daxil olmaqla daha 300 min əfqan İrana keçib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG