Accessibility links

Avqustun 26-ı Amerika Konstitusiyasına 19-cu əlavə edilməsindən 98 il keçir


Bu əlavə ilk dəfə qadınlara səsvermə hüququ bəxş edib

Avqustun 26-ı Amerika Konstitusiyasına 19-cu əlavə edilməsindən 98 il keçir. Bu əlavə ilk dəfə qadınlara səsvermə hüququ bəxş edib.

O vaxtdan bəri çox hallarda qadın seçicilərin sayı kişilərdən artıq olur. Qadın Mərkəzinin (Center for American Women in Politics (CAWP)) bildirdiyinə görə, 2016-cı ildə qadın seçicilərin sayı 73,7 milyon təşkil edib. Kişi seçicilər isə 63,8 olub.

Lakin buna baxmayaraq, hələ bir çox problem həllini tapmayıb. Belə ki, səsvermədə qadınların əksəriyyət təşkil etməsinə baxmayaraq, qadınlar hələ də hökumət, texnologiya və korporativ sahələrdə lazımi təmsil edilmir.

Beynəlxalq Parlamentlərarası Şuranın bildirdiyinə görə, dünyada 4 parlament üzvündən yalnız 1-i qadındır.

ABŞ Konresinin hər iki palatasında qadınlar 25,4 faiz təşkil edir.

Korporasiyalara gəldikdə isə bu sahədə cəmi 25 qadın çalışır ki, bu da biznes rəhbərlərinin 5 faizini təşkil edir.

XS
SM
MD
LG