Accessibility links

Avropa ölkələri İranın uran zənginləşdirilməsi limitini artırmaq qərarını kəskin pisləyir


Arxiv fotosu - Tehrandan 250 km. cənub-qərbdə yerləşən Arak ağır su nüvə reaktoru.
Arxiv fotosu - Tehrandan 250 km. cənub-qərbdə yerləşən Arak ağır su nüvə reaktoru.

Avropa ölkələri İranın 2015-ci il razılığı ilə qoyulmuş məhdud səviyyədən daha yüksək səviyyədə uran zənginləşdirilməsi qərarını kəskin pisləyib.

İran daha yüksək səviyyədə uran zənginləşdirilməsinə başlanıldığını bazar günü elan edib.

Rəsmi Tehran 2015-ci ildə dünyanın altı qüdrətli dövləti ilə əldə edilmiş razılıqda nəzərdə tutulduğundan daha yüksək səviyyədə uran zənginləşdirilməsinə başlayacağını bildirib.

Britaniya İranı razılığa uyğun olmayan bütün fəaliyyətləri “dərhal dayandırmağa və dəyişdirməyə” çağırıb. 2015-ci il razılığı ilə beynəlxalq sanksiyaların yüngünlləşdirilməsi müqabilində İranın nüvə proqramına məhdudiyyətlərin qoyulması nəzərdə tutulurdu.

Fransa İranın addımının beynəlxalq razılaşmanın pozulması olduğunu bildirib.

Almaniya bazar günü bəyanatla çıxış edərək, İranı qərarını dəyişməyə çağırıb. Berlin razılığı imzalamış digər ölkələrin növbəti addımları müzakirə etdiyini bildirib. Avropa İttifaqının sözçüsü Assoieyted Press agentliyinə razılığın iştirakçıları olan ölkələrin nümayəndələrinin təcili iclasının çağırılacağını deyib.

Birləşmiş Ştatlar keçən il beynəlxalq razılaşmadan çıxaraq, İrana qarşı sanksiyaları bərpa edib və İranın əsas iqtisadi sektoru olan neft sektorunu hədəf alan yeni ölçülər tətbiq edib. ABŞ İranın sanksiyaların yüngülləşdirilməsindən Yaxın Şərq regionunda qeyri-sabitlik yaradan fəaliyyətlərin maliyyələşdirilməsi üçün istifadə etdiyini bəyan edib. Avropa ölkələri razılığın xilas edilməsi üçün səy göstərirdi.

İran Birləşmiş Ştatların keçən il razılıqdan çıxmasından sonra Avropa ölkələrindən dəstək almağa çalışırdı.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG