Accessibility links

Avropa Şurası: Jurnalistlərə qarşı artan hücumlar və təhdidlər qəbuledilməzdir


3 may - Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı birgə bəyanatda Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç və Almaniyanın federal ədliyyə naziri Kristin Lambrext (Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir-red/) Avropanın bir çox ölkələrində jurnalistlərə hücumlar və mətbuat azadlığının məhdudlaşdırılması ilə bağlı narahatlıqlarını bildirib.

"İfadə azadlığı hüququ Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində təsbit edilib ki, bunu Avropa İttifaqının 27 üzvü daxil olmaqla, Avropa Şurasının üzvü olan 47 dövlət öz üzərinə götürüb. Demokratiya şəraitində jurnalistlər həqiqətin üzə çıxarılmasında və hakimiyyət nümayəndələrinin məsuliyyətə cəlb edilməsində mühüm rol oynayır. Onların vəzifəsi vətəndaşların vaxtında, dəqiq və etibarlı məlumat əldə etməsini təmin etməkdir. COVİD-19 pandemiyası kontekstində bu, daha da əhəmiyyət daşıyır.

Kütləvi informasiya vasitələri dövlətin və hakimiyyətin böhrana qarşı hərəkətlərini öyrənmək və tənqid etmək hüququna malik olmalıdır. Lakin Avropa Şurası ilə işləyən vətəndaş cəmiyyəti təşkilatları koalisiyasının yeni hesabatı göstərir ki, bir çox jurnalistlər bu mühüm rolu yerinə yetirərkən artmaqda olan maneələrlə üzləşirlər.

Təəssüf ki, biz həmçinin kütləvi nümayişləri işıqlandıran jurnalistlərə qarşı artan hücumların və təhdidlərin də şahidi olduq. Bu, qəbuledilməzdir. Jurnalistlər üçün reportajların sərbəst və təhlükəsiz aparılması heç zaman olmadığı qədər vacibdir.

Demokratiya şəraitində jurnalistlər həqiqətin üzə çıxarılmasında və hakimiyyət nümayəndələrinin məsuliyyətə cəlb edilməsində mühüm rol oynayır. Onların vəzifəsi vətəndaşların vaxtında, dəqiq və etibarlı məlumat əldə etməsini təmin etməkdir.
Avropa Şurası baş katibiinin və Nazirlər Komitəsinin bəyanatından sitat

Avropada ifadə azadlığına yardım hazırda Almaniyanın sədrlik etdiyi Avropa Şurasının əsas məqsədidir. Avropa tədricən pandemiyadan çıxdıqca bütün hökumətlər gələcəkdə bizim fikrin ifadə edilməsi azadlığına ümumi sadiqliyimizi böhranlara qarşı daha güclü və davamlı etmək üzərində çalışmalıdırlar," bəyanatda qeyd edilir.

Vətəndaş cəmiyyəti təşkilatları koalisiyasının sözügedən hesabatında Azərbaycana dair bölmədə deyilir.

“Azərbaycanda Qarabağ müharibəsi zamanı ciddi məhdudiyyətlər tətbiq edilib. Facebook, Twitter, WhatsApp, YouTube və digər sosial şəbəkələr bu müddətdə Rabitə Nazirliyi tərəfindən dəfələrlə bloklanıb.

Bir neçə xarici jurnalistə ölkəyə daxil olmaq qadağan edilib, akkreditasiya alınanlar isə, Frans 24-ün xüsusi müxbiri Ketrin Norris Trent kimi sərbəst hərəkət edə bilmirdilər.

Dağlıq Qarabağa gələn reportyorları Azərbaycan hakimiyyəti “arzuolunmaz şəxs” siyahısına daxil ediblər. Xarici İşlər Nazirliyi bəyan edib ki, Bakı Dağlıq Qarabağa Ermənistan ərazisi vasitəsi ilə icazəsiz daxil olan jurnalistlərin təhlükəsizliyinə görə məsuliyyət daşımır.

Vətəndaş cəmiyyəti təşkilatları koalisiyasının hesabatının tövsiyələr hissəsində deyilir ki, Azərbaycan və Ermənistan mülki şəxslərə qarşı beynəlxalq hüquqa dair öhdəliklərinə əməl etməlidir. Jurnalistlərə hücumlar hərbi cinayət sayılır. Silahlı münaqişəyə cəlb olunmuş dövlətlər öz silahlı qüvvələrinə və polisə göstəriş verməlidir ki, jurnalistlərə lazımi yardım göstərsin. Onlar inzibati maneələri aradan qaldırmalı və viza rejiminin sadələşdirilməsi, müvafiq əraziyə giriş, lazımi yardımın göstərilməsi də daxil olmaqla jurnalistlərin imkanlarını asanlaşdırmalı, məhdudlaşdırıcı tədbirlər tətbiq etməməli, akkreditasiyadan məhrum etməməlidirlər. Bu, həm yerli, həm də xarici jurnalistlərə aiddir.

Öz növbəsində, Azərbaycan hökuməti ölkədə mətbuat azadlığının tam təmin edildiyini, jurnalistlərin məlumat toplaması üçün hər cür imkanların yaradıldığını bildirir. Bununla yanaşı, Azərbaycan beynəlxalq media azadlığı indeksində 180 ölkə arasında 167 yerdə qərarlaşıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya növbəti dəfə Kyivə hava hücumu həyata keçirib
please wait

No media source currently available

0:00 0:13:23 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG