Accessibility links

Avropa Şurası Komissarı: Pandemiya Azərbaycanda hüquq pozuntularına haqq qazandırmır


Dunya Miyatoviç, Avropa Şurasının İnsan Haqları üzrə Komissarı
Dunya Miyatoviç, Avropa Şurasının İnsan Haqları üzrə Komissarı

Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Dunya Miyatoviç Amerikanın Səsinin Bakıda 8 iyun polis redyi ilə bağlı sorğusunu cavablandırıb.

Komissar COVID-19 pandemiyası ilə əlaqədar bir çox Avropa Şurası ökələrinin insan həyatlarını qorumaq naminə ölçülər götürdüyünü, ictimai toplantılara, hərəkət azadlıqlarına müvəqqəti məhdudiyyətlər tətbiq etdiyini qeyd edib.

"Təəssüf ki, Azərbacyan da daxil olmaqla bəzi hökumətlər bu məcburiyyətdən bəhanə kimi istifadə edərək ifadə azadlığına və toplaşma azadlığına basqılar həyata keçirirlər," Miyatoviç bildirib. “Bu, qeyri-məhsuldar yanaşmadır.”

Onun sözlərinə görə, COVID-19 məhdudiyyətləri azadlıqların dayandırılmasına xidmət etməməlidir.

“Böhran vaxtında hüquqlara tətbiq edilən məhdudiyyətlər qanunçuluq prinsiplərinə, ehtiyaca və proporsionallığa riayət etməlidir,” o əlavə edib.

Miyatoviç Azərbaycanda toplaşma azadlığına qarşı tətbiq olunan qeyri-proporsionalı müdaxilələrə qarşı xəbərdarlıq etdiyini qeyd edib.

“Bu yaxınlarda Daxili İşlər Nazirinə göndərilən məktubda mən nümayişlərin dağıdılması və bu kontekstdə toplaşma azadlığına qoyulan məhdudiyyətlər, ələlxüsus hüquq-mühafizə orqanları tərəfindən nümayişçilərə qarşı ifrat güc tətbiqi ilə bağlı narahatlıqları qaldırmışam.”

Miyatoviç ictimai səhiyyə böhranından hüquq pozuntuları üçün əsas kimi istifadə edilməsinin qəbuledilməz olduğunu vurğulayıb.

Böhran ifrat güc tətbiqinə, fiziki bədrəftara və polis tərəfindən başqa hüquq pozuntularına haqq qazandıra bilməz.

“Şübhəsiz, hökumətlər pandemiya dönəmində misilsiz sınaqlarla üzləşirlər. Lakin böhran ifrat güc tətbiqinə, fiziki bədrəftara və polis tərəfindən başqa hüquq pozuntularına haqq qazandıra bilməz.”

İyunun 7-də səhər saatlarında Çevik Polis Alayı əməkdaşları Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsindəki binanın həyətinə gəlib.

Sakinlərin yerli mediaya verdiyi məlumata görə, polislər binada yaşayan bir neçə nəfəri saxlayıb. Sakinlər deyir ki, polis adı çəkilən binanın bloklarına daxil olaraq sakinləri evlərindən zorla aparıb. Sosial şəbəkələrdə polislərin qanunsuz hərəkətləri əks olunmuş videolar yayılıb

XS
SM
MD
LG