Accessibility links

Avropa Şurası Parlament Assambleyasının prezidenti Azərbaycana gəlir


Lilian Mori Paskie
Lilian Mori Paskie

Avropa Şurası Parlament Assambleyasının prezidenti Mori Paskye sentyabrın 11-12-də Azərbaycanda rəsmi səfərdə olacaq.

Avropa Şurasının mətbuat xidmətinin məlumatına görə, Mori Paskyenin Bakıda Azərbaycan prezidenti, parlamentin spikeri və xarici işlər naziri ilə görüşləri planlaşdırılıb.

Bundan əlavə, Mori Paskye Milli Məclisin bəzi komitələrinin nümayəndələri, həmçinin AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşəcək.

Sentyabrın 11-də günün ikinci yarısında AŞPA prezidenti Avropa Şurasının 70 illiyinə həsr edilmiş "Bizim hüquqlarımız, bizim azadlıqlarımız, bizim Avropa" adlı yüksək səviyyəli" dəyirmi masada iştirak edəcək.

Tədbir Bakıdakı Fransa-Azərbaycan Universitetində keçiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG