Accessibility links

Avropa Şurasının baş katibi hər iki tərəfə çağırış edib


Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç noyabrın 16-da Azərbaycan və Ermənistan arasında son gərginliklərlə bağlı bəyanat verib:

“Mən Ermənistan və Azərbaycan arasında davam edən və artıq insan itkisinə səbəb olmuş insidentlər barədə xəbərlərdən dərin narahatlıq keçirirəm. Avropa Şurası adından hər iki tərəfi yenidən başlanmış döyüşlərin dərhal dayandırılmasına çağırıram.”

Baş katib xatırladıb ki, təxminən iyirimi il bundan əvvəl şuraya üzv olarkən Ermənistan və Azərbaycan aralarındakı münaqişəni dinc yollarla həll etmək barədə öhdəlik götürmüşdülər.

Avropa Şurasının baş katibi bəyanatında habelə ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəklədiyini bildirib.

Xatırlatma

Noyabrın 13-dən başlayaraq Ermənistan-Azərbaycan sərhədində gərginlik artmaqda davam edib. Noyabrın 16-da gərginlik hər iki tərəfdən artilleriyanın tətbiqi ilə lokal döyüşlər şəklində davam etdirilib. Günün sonunda tərəflər Rusiyanın vasitəçiliyi ilə atəşi dayandırıb.

Ermənistanın Müdafiə Nazirliyi toqquşmalarda onlarla əsgərin əsir götürüldüyünü, yaxud itkin düşdüyünü bildirir.

Nazirliyin noyabrın 17-də yaydığı bəyanatda bir əsgərin həlak olduğu bir daha təsdiqlənir. 13 erməni əsgər Azərbaycan qüvvələri tərəfindən əsir götürülüb, 24 əsgərin taleyi isə məlum deyil.

Öz növbəsində Azərbaycan Müdafiə Nazirliyi noyabrın 16-da dövlət sərhədində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan ordusunun 7 hərbi qulluqçusunun öldüyünü, 10 nəfər hərbi qulluqçusunun isə yaralandığını açıqlayıb. Rəsmi məlumata görə, onlardan biri leytenant, biri gizir, başqa biri isə kiçik çavuşdur. Qalan dördünün isə siravi əsgər olduğu bildirilir.

Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də, hər hansı irəliləyişə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu, 30 illik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

2021-ci il yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən başlayan döyüş əməliyyatlarının dayandırılması barədə 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.

İşçi qrupu bir neçə görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG