Accessibility links

Avropa Şurasının komissarı Emin Hüseynovun işi üzrə Avropa Məhkəməsinə iradlarını təqdim edib


Oktyabrın 4-də Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç “Emin Hüseynov Azərbaycana qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim edilmiş yazılı iradlarını dərc edib.

İş vətəndaşlığı olmayan şəxsə çevrilmiş ərizəçinin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlıdır.

Ərizəçinin vətəndaşlıqdan məhrum edilməsinə Azərbaycanda hüquq müdafiəçilərinin qorxudulması mənzərəsinin bir hissəsi kimi baxmaq lazımdır.

Komissar Azərbaycanda hakimiyyətdən narazılıq və ya tənqid ifadə edənlərə qarşı aydın repressiya mənzərəsini qeyd edir və vətəndaşlıqdan məhrumetmədən fərqli düşünən və tənqidi səsləri susdurmaq üçün cəza aləti kimi də istifadə edilə biləcəyini vurğulayır.

"Ərizəçinin vətəndaşlıqdan məhrum edilməsinə təcrid edilmiş şəkildə deyil, daha geniş, Azərbaycanda hüquq müdafiəçilərinin qorxudulması mənzərəsinin bir hissəsi kimi baxmaq lazımdır”, Miyatoviç qeyd edib.

Yazılı iradlar Avropa Komissarının insan hüquqlarının müdafiəsi işində əlavə bir alətidir. Bu, Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulub.

Bu iradlar faktlar və ya işin mahiyyəti üzrə hansısa şərhləri ehtiva etmir. Məhkəmə üçün məsul şəxsin narahatlığına səbəb olan məsələlərlə bağlı obyektiv və qərəzsiz məlumat təşkil edir.

2014-cü ilin avqustunda Emin Hüseynovun rəhbəri olduğu Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda (RATİ) prokurorluq axtarış aparıb, avadanlıqlar, sənədlər görtürülüb, ofisin qapıları möhürlənib.

Azərbaycan Xarici İşlər Nazirliyinin 2015-ci ilin fevralında yaydığı açıqlamada deyilir ki, prokurorluq Emin Hüseynovun barəsində Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 213 (vergidən yayınma) və 308-ci (sui-istifadə) maddələri ilə cinayət işi başlayıb. Bunun əsasında 2014-cü il avqustun 19-da məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib.

Dunya Miyatoviç, ATƏT
Dunya Miyatoviç, ATƏT

Emin Hüseynov 2014-cü ilin avqustunda İsveçrənin Bakıdakı səfirliyində sığınacaq almağa məcbur olub. 10 ay ərzində səfirlikdə gizləndiyi dövrdə İsveçrə hakimiyyəti Emin Hüseynova qarşı təqiblərin dayandırılması ilə bağlı danışıqlar aparıb. Emin Hüseynov 2015-ci ilin iyununda Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya gəlmiş İsveçrə xarici işlər nazirinin təyyarəsi ilə Azərbaycanı tərk edib. Getməzdən öncə vətəndaşlıqdan məhrum edilib.

O hesab edir ki, vətəndaşlıqdan çıxarılmağa məcbur edilməsi ilə Azərbaycan hökuməti Avropa İnsan Hüquqları Konvensiyanın 8-ci (Şəxsi həyata və ailə həyatına hörmət hüququ), 10-cu (Fikri ifadə etmək azadlığı), 13-cü (Səmərəli hüquqi müdafiə vasitələri hüququ) və 18-ci (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrini pozub.

İş üzrə kommunikasiya artıq başa çatıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG