Accessibility links

Avropa Şurasının Nazirlər Komitəsi Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icrasını müzakirə edəcək


Noyabrın 30-da Strasburqda Avropa Şurası Nazirlər Komitəsində Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icra durumu müzakirə ediləcək.

3 gün davam edəcək toplantının yekununda Nazirlər Komitəsi müzakirə edilən qərarların icra durumu ilə bağlı qətnamələrini elan edəcək. İcra durumu müzakirə ediləcək qərarlar Azərbaycan, Ermənistan, Bosniya, Bolqarıstan, Xorvatiya, Finlandiya, Fransa, Gürcüstan, Macarıstan, İtaliya, Litva, Makedoniya, Polşa, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna və Böyük Britaniya ilə bağlıdır.

aihmaz.org saytının məlumatına görə, toplantıda Azərbaycanla bağlı Mahmudov və Ağazadə, Məmmədli, Muradova, Məmmədov (Cəlaloğlu), Məmmədov Qruplarına daxil olan qərarların, eləcə də Qafqaz Məmmədov Azərbaycana qarşı qərarının icra durumu müzakirə olunacaq.

Mahmudov və Ağazadə qrupunda AİHM-in Azərbaycanla bağlı 4 qərarının (Tağıyev və Hüseynov Azərbaycana qarşı, Fətullayev Azərbaycana qarşı, Mahmudov və Ağazadə Azərbaycana qarşı, Əli Həsənov Azərbaycana qarşı) icrasına nəzarət edilir. Bu qərarlar ifadə azadlığı hüququnun pozuntusu, böhtan və təhqirə görə cinayət cəzalarının tətbiqi ilə bağlıdır.

Məmmədli işi qrupunda AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 6 qərarın icrasına nəzarət edilir. Həmin qərarlar Anar Məmmədli, Həsənov və başqaları, İntiqam Əliyev, İbrahimov və Məmmədov, Xədicə İsmayılova (2), Arif və Leyla Yunuslarla bağlıdır. Bu qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.

Muradova, Məmmədov (Cəlaloğlu), Məmmədov Qrupları çərçivəsində AİHM-in Azərbaycanla bağlı 20-dən artıq qərarının icrasına nəzarət edilir. Həmin qərarlar ərizəçilərin qohumlarının ölümləri, ərizəçilərin hüquq-mühafizə orqanlarında işgəncə və ya pis rəftara məruz qalmaları ilə bağlı səmərəli araşdırmanın aparılmaması, tibbi yardıma çatım haqqının pozulması, həbslərin qanunsuzluğu, cinayət prosesinin həddən artıq uzanması, jurnalistlərə güc tətbiq edilməsi, dinc toplantıların dağıdılması, vəkilə çatım haqqının təmin edilməməsi ilə əlaqəlidir.

Qafqaz Məmmədov Azərbaycana qarşı qərarı isə siyasi müxalifət tərəfindən planlaşdırılıb, təşkil edilən, ictimai asayiş baxımından heç bir təhlükə doğurmayan icazəsiz dinc etiraz aksiyasının dağıdılması və ərizəçinin sərbəst toplaşmaq azadlığına çoxsaylı aşırı müdaxilələrin edilməsi ilə bağlıdır.

Avropa Şurası Nazirlər Komitəsinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına əlaqəli rəsmi qurumların, ərizəçilərin, QHT-lərin və əlaqəli digər tərəflərin təqdim etdiyi bilgilərə əsaslanaraq nəzarət edir.

Avropa Şurası Nazirlər Komitəsinin son bilgilərinə görə, indiyə qədər Avropa Məhkəməsinin Azərbaycanla bağlı 300-dən artıq qərarının icrası nəzarətə götürülüb. Həmin qərarlardan 44-nün icrasına nəzarət qapadılıb. 265 qərarın icrasına nəzarət davam etdirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG