Accessibility links

Avropa ittifaqı QHT binasının sökülməsini tənqid etdi


Avropa ittifaqı QHT binasının sökülməsini tənqid etdi
Avropa ittifaqı QHT binasının sökülməsini tənqid etdi

Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyəti Sülh və Demokratiya İnstitutunun ofisinin sökülməsi ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda avqustun 11-də axşam Bakının mərkəzində beynəlxalq təşkilatların daimi tərəfdaşı olan Sülh və Demokratiya İnstitutunun ofisinin dağıdılmasından təəssüf ifadə olunur. “Məhkəmənin 24 may tarixli qərarının və 1 saylı İqtisad Məhkəməsinin qərarının olduğu və ofis sahiblərinin Bakıda olmadığı halda söküntü işlərinin aparılması vəziyyəti gərginləşdirir.

Biz Şərq Tərəfdaşlığı proqramının mühüm elementləri olan əhalinin köçürülməsi, ekspropriasiya, mülkiyyət hüquqlarının qorunması baxımından Azərbaycanda vəziyyətin inkişafını izləyəcəyik. Missiya mülkiyyət hüquqlarına hörmətlə yanaşılması və hüquq çərçivəsində bütün məsələlərin həllinin təmin olunması daxil olmaqla fundamental hüquqa böyük önəm verir. Biz Azərbaycanın müvafiq qurumlarını mənzili sökülməyə məruz qalan vətəndaşlarla dialoqa başlamağa, problemin ədalətli və qarşılıqlı faydalı həllini tapmağa çağırırıq”, - bəyanatda deyilir.

XS
SM
MD
LG