Accessibility links

Avropa ABŞ və İranı təmkinli olmağa çağırır


Avropa ABŞ və İranı təmkinli olmağa çağırır
please wait

No media source currently available

0:00 0:02:46 0:00

Birləşmiş Ştatlarla İran arasında gərginliyin artdığı bir vaxt, Avropa hər iki tərəfi bu gərginliyin daha da artmasının qarşısını almağa çağırır. Avropa İttifaqı 2015-ci ildə Tehranla əldə olunan nüvə razılığını xilas etməyə çalışır. Vaşinqton isə Avropaya razılıqdan geri çəkilməsi üçün təzyiq göstərir. Avropa İranın küncə sıxıldığından və bu vəziyyətə verəcəyi cavabın region üçün təhlükəli nəticlərinin ola biləcəyindən narahatdır.

Bu ayın əvvəli ABŞ-ın Aralıq Dənizindəki USS Abraham Lincoln təyyarə daşıyıcısından Yaxın Şərqə döyüş təyyarələri göndərilib.

Belə bir sual yaranır ki, İran necə cavab verəcək? Onlar Birləşmiş Ştatlara necə göstərə bilərlər ki, əgər ABŞ onlara təzyiq etməyə davam etsə, onlar cavab verəcək?Amma əgər ABŞ bunu yanlış anlasa, gərginlik asanlıqla arta bilər.
Cek Uatlinq

ABŞ-ın Qətərdəki hava bazasına hərbi-dəniz donanmasının zərbə qrupu ilə birlikdə bir neçə B-52 bombardmançısı göndərilib. Tramp administrasiyasının bildirdiyinə görə, onların məqsədi İrandan ABŞ qüvvələrinə qarşı açıq təhlükə əlamətlərinə müqavimət göstərməkdir.

“Belə bir sual yaranır ki, İran necə cavab verəcək? Onlar Birləşmiş Ştatlara necə göstərə bilərlər ki, əgər ABŞ onlara təzyiq etməyə davam etsə, onlar cavab verəcək?Amma əgər ABŞ bunu yanlış anlasa, gərginlik asanlıqla arta bilər”, Kral Birləşmiş Xidmətlər İnstitutundan Cek Uatlinq bildirir.

ABŞ dövlət katibi Mayk Pompeoya bazar ertəsi Brüsselə səfəri zamanı açıq-aydın bildirilib ki, Avropa riskin təhlükəli dərəcədə yüksək olduğunu düşünür.

“Biz elə bir mühüm, incə bir zamanda yaşayırıq ki, bizim sərgiləyə biləcəyimiz ən münasib və ən etibarlı mövqe maksimum dərəcədə təmkin göstərib, hərbi gərginliyin qarşısını almaqdır” – deyə, Avropa İttifaqının xarici siyasət idarəsinin sədri Federika Mogerini bildirib.

Vaşinqton İranla 2015-ci ildə əldə olunan nüvə razılığından ötən il geri çəkilib. Avropa indiyə kimi Tehranı razılığa əməl etməyə və Tramp administrasiyasının getməsini gözləməyə çağırıb. Təhlilçi Cek Uatlinq.

“Biz son həftə ərzində ABŞ administrasiyasının bu siyasətin davamlılığına təzyiq göstərdiyini müşahidə edirik. İranlıları razılığın əsas hissələrindən geri çəkilməyə vadar edəcək nöqtəyə gətirəcək qədər təzyiq göstərmək əslində bu istiqamətdə irəliləməyin mümkün olmayacağını göstərir. Bu səbəbdən də Avropa qərar verməlidir”, o deyib.

ABŞ dövlət katibi Mayk Pompeo
ABŞ dövlət katibi Mayk Pompeo

Bu arada isə ABŞ İran iqtisadiyyatına təzyiq göstərməyə davam edir. Hindistan İran neftinin əsas idxalçısı idi, lakin ABŞ bu ay sanksiyaları yeniləyəndən sonra İran neftini almağı dayandırıb. Çərşənbə axşamı Dehlini ziyarət edən İranın xarici işlər naziri belə bir xəbərdarlıq edib:

“Təəssüf ki, Birləşmiş Ştatlar lazımsız yerə vəziyyəti gərginləşdirir. Biz vəziyyəti gərginləşdirmək istəmirik, amma hər zaman da özümüzü müdafiə etmişik”, Məhəmməd Cavad Zərif deyib.

Uatlinq deyir ki, İranla hər hansı münaqişə regionu dağıda bilər.

“Onlar regionda dərin döyüş aparmalıdır. Bu isə o deməkdir ki, onlar Livan və İraqda inkişaf etdirdiyi aktivləri işə salmalı və balistik raket hücumları etməlidir”, Cek Uatlinq deyir.

Belə bir münaqişənin olacağı ilə bağlı narahatlıq müttəfiqi ABŞ-ın nüvə razılığından geri çəkilməsi tələbi ilə Tehranın bu addımın İranın nüvə proqramını bərpa etməsinə gətirib çıxaracağına dair xəbərdarlığı arasında qalan Avropanı sarsıdıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG