Accessibility links

Avropanın bir neçə ölkəsi AstraZeneca peyvəndinin istifadəsini dayandırıb


Danimarkanın səhiyyə rəsmiləri cümə axşamı peyvənd olunduqdan sonra qan laxtalanması ilə əlaqəli məlumatları araşdırdığı üçün COVID-19-a qarşı olan AstraZeneca peyvəndinin istifadəsinin 14 gün müddətinə dayandırıldığını bildirib.

Danimarkanın Səhiyyə Naziri Maqnus Hoynike Twitter hesabında "ölümcül qan laxtalanması kimi yan təsirin əlamətlərinin" araşdırıldığını, peyvənddən istifadənin dayandırmanın "ehtiyat tədbiri" olduğunu bildirib. O, qanda laxtalanmanın peyvəndlə əlaqəli olub-olmadığına dair nəticə çıxarılmalı olduğunu yazıb.

Danimarkanın Dərman Agentliyinin cümə axşamı verdiyi açıqlamasında Avropa Dərman Agentliyi (EMA) və digər Avropa əczaçılıq orqanları ilə birlikdə tədqiqat aparacağını bildirib.

Avstriya da bu həftənin əvvəlində bir nəfərə çox sayda qan laxtalanması diaqnozu qoyulmasından və həmin şəxsin ölməsindən, digərinin ağ ciyər arteriyalarında tıxanma - pulmoner emboliya aşkar edildikdən sonra peyvəndin tətbiqini dayandırıb.

Avropa Dərman Agentliyi araşdırma apardıqdan sonra çərşənbə günü dərc etdiyi hesabatında Avstriyadakı iki hadisədən başqa AstraZeneca peyvəndi ilə əlaqələndirən heç bir dəlil aşkar edilmədiyini bildirib. Agentliyin bildirdiyinə görə, digər dörd ölkə - Estoniya, Litva, Lüksemburq və Latviya istintaq davam etdiyi müddətdə peyvənddən istifadəni dayandırıb.

AstraZeneca sonuncu peyvənd dozasını Avropa İttifaqının 17 ölkəsinə göndərib.

Avstriya hadisələri ilə əlaqədar açıqlamasında AstraZeneca bu həftənin əvvəlində peyvəndinin keyfiyyətinin ciddi və sərt nəzarət altına alındığını,"peyvəndlə əlaqəli təsdiqlənmiş ciddi halların olmadığını" bəyan edib.

XS
SM
MD
LG