Bazar ertəsi Almaniya bildirib ki, Avropa Birliyi hazırda Yunanıstan düşərgələrində olan 1500-dən çox uşağın qəbul edilməsi məsələsini nəzərdən keçirir.
"Bu uşaqların qəbul edulməsinin humanitar həlli yolları Avropa səviyyəsində müzakirə edilir. Yunan adalarında təxminən 1000-1500 uşağın ağır humanitar vəziyyətdə olduğu bir zaman Yunanıstana dəstək olmaq istəyirik" - deyə, hökumətin bəyanatında bildirilib.
Bu bəyanat Almaniya kansleri Angela Merkelin miqrasiya böhranı və koronaviurusla (COVID-19) bağlı vəziyyəti təcili müzakirə etmək üçün koalisiya tərəfdaşları ilə Nazirlər Kabinetinin iclasından sonra verilib.
Türkiyə prezidenti Rəcəp Tayyib Ərodğanın bazar ertəsi Brüsseldə Avropa Birliyinin yüksək səviyyəli rəsmiləri ilə görüşərək, Türkiyəyə miqrant axınını müzakirə edəcəyi gözlənilir.
"Ümid edirəm ki, Belçikadan fərqli nəticələrlə qayıdacağam" - deyə, Ərdoğan İstanbuldakı Yunanıstanın sərhədlərini açmaq çağırışları fonunda bildirib.
Suriyadan gələn miqrantlar Türkiyəyə keçməyə davam etdiyi bir vaxt Ərdoğan Ankaranın Türkiyədəki miqrantların Avropa Birliyinə keçmələrinə mane olan 2016 müqaviləsinə artıq əməl edə bilməyəcəyini bildirib. Türkiyə artıq əksəriyyəti Suriyadan olan 3,7 milyon qaçqını qəbul edib.
2016-cı il müqaviləsinə görə, Avriopa Birliyi miqrantların mənzil və təhsilini maliyyələşdirmək üçün Türkiyəyə 6.8 milyard dollara yaxın pul verməli idi. Ancaq Ankara pulu almadığını deyir.