Accessibility links

Avropa İttifaqı COVID-19 peyvəndinin ixracını məhdudlaşdırmağı planlaşdırır


Avropa İttifaqı çərşənbə günü 27 ölkənin üzvü olduğu qurumda istehsal edilən COVID-19 peyvəndinin ixracının altı həftə boyu məhdudlaşdırılmasına imkan verəcək təklif təqdim edəcək.

Sənəd qitədə Avropa İttifaqının bir çox ölkəsində peyvənd səylərinin ləngiməsinə səbəb olmuş kəskin peyvənd çatışmazlığı probleminin aradan qaldırılmasına yönəldilib.

Bir çox Avropa ölkəsində Britaniya-İsveç dərman şirkəti AstraZeneca-nın 2021-ci ilin birinci rübünə planlaşdırdığı peyvənd istehsalını yarıdan çox azaltması məyusluqla qarşılanıb. Avropa koronavirusun xəstəxanalarda səxtə sayının artması və yenidən məhdudiyyətlərin tətbiq edilməsinə səbəb olan üçüncü dalğası ilə qarşılaşır.

Hazırkı vəziyyət Avropa İttifaqı ilə qurumun keçmiş üzvü Britaniya arasında onsuz da gərgin münasibətlərin daha da mürəkkəbləşməsinə gətirib çıxara bilər. Təklif olunan qanunvericilik Avropa İttifaqından COVID-19 peyvəndinin əsas alıcısı olan Britaniyaya vaksinlərin çatıdırılmasına ciddi təsir göstərə bilər.

Bu arada Honq Konq bəzi qablaşdırma qüsurları aşkar etdikdən sonra Pfizer/BioNTech peyvəndinin istifadəsini dayandırıb. Honq Konq rəsmiləri Pfizer-in almaniyalı ortağı BioNTech-dən bəzi peyvənd flakonlarının üzərində möhürlə bağlı problemlər aşkar edildiyi barədə məktub aldıqlarını bildirib.

Qonşu Makao şəhərində də qablaşdırmalarda problem səbəbindən Pfizer/BioNTech peyvəndinin tətbiqi dayandırılır.

ABŞ-ın Cons Hopkins Universitetinin Koronavirus Resurs Mərkəzinin məlumatına əsasən, hazırda COVID-19 səbəbilə dünya boyu ölənlərin sayı 2,7 milyon, yoluxanların sayı isə 124,2 milyondur. 29.9 milyon yoluxma, 543,849 ölüm halı qeydə alınan ABŞ hər iki kateqoriyada dünyada birinci yerdədir.

Koronavirusa 12.1 milyon yoluxma və 298,676 ölüm halı ilə ikinci yerdə olan Braziliyada bir gün ərzində rekord 3251 ölüm halı qeydə alınıb.

Çərşənbə günü Hindistan COVID-19 səbəbindən dekabrın 31-dən bir gün ərzində rekord 275 ölüm halının qeydə alındığını bildirib. Ölkədə koronavirusa yoluxanların sayı da 47000 nəfərə çataraq, noyabrın 12-dən sonra bir gün ərzində ən yüksək göstəriciyə çatıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG