Accessibility links

Avropa Birliyində "Peyvənd pasportu" ilə bağlı fikir ayrılıqları mövcuddur


Beynəlxalq sərhədlərin açılması və səyahətlərin yenidən bərpasının təşviqi üçün mümkün bir yol kimi peyvənd pasportlarının cənub ölkələrdən olan turistlərə verilməsi ilə bağlı Avropa ölkələri arasında fikir ayrılıları mövcuddur.

Yunanıstanın baş naziri Kiriyakos Mitsotakis Avropa Komissiyasının peyvənd sertifikatları hazırlamağa başlamağa çağıran beynəlxalq qrupun lideridir. Keçən həftə o, Avropa Komissiyasını peyvənd sertifikatının bütün üzv dövlətlərdə qəbul ediləcək şəkildə bir anlayış formalaşdırmağa çağırıb.

Avropanın hava yolları şirkətləri, mehmanxana sahibləri və qitənin səyahət agentlikləri peyvənd edildiyi barədə sübutların ölkələrin daha sürətlə açılmasına yardım edə biləcəyini deyib.

Keçən həftə BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili də səyahətə yenidən açılmaları üçün ölkələri rəqəmsal pasportları qəbul etməyə çağırıb. "Vaksinlər əhatəli, koordinasiyalı şəkildə sertifikatlaşdırma və təhlükəsiz səyahətlərin bir hissəsi olmalıdır. " deyə, o Madriddə keçirilən qlobal turizm toplantısında bildirib.

Lakin Avropa Birliyinin məxfilik tərəfdarları və epidemioloqlar peyvənd vurulduqlarını təsdiqləyən sənədi daşıyan səyahətçilərin yenidən virusa yoluxa biləcəyini və başqalarını yoluxdura biləcəkləri barədə xəbərdarlıq edir.

Peyvənd sertifikatları məsələsi Avropa Birliyi liderləri tərəfindən keçən cümə axşamı müzakirə olunub, lakin hər hansı bir razılığa gəlinməyib. Avropa Birliyi rəsmiləri peyvənd olunmuş insanların hələ də virusu yayıb-yaymayacağı da daxil olmaqla, əvvəlcə cavablandırılması lazım olan bir sıra kritik sualların olduğunu deyir. Mövcud peyvəndlərin effektivliyinin azlığı variantları ilə bağlı narahatlıqlar da mövcuddur.

Bundan əlavə Avropa Əczaçılıq Agentliyi (EMA) tərəfindən təsdiqlənməmiş peyvəndlər vurulan səyahətçilər üçün hansı qaydaların tətbiq edilməsi barədə də fikir ayrılıqları var.

XS
SM
MD
LG