Accessibility links

Avropa Birliyi sərhədlərini 30 gün müddətinə bağladı


Avropa Birliyi koronavirusun yayılmasının qarşısışı almaq məqsədilə növbəti 30 gün ərzində xarici ziyarətçilər üçün sərhədlərini bağlayıb.

Çərşənbə axşamı Çin Uhanda yalnız bir yoluxma halı olduğunu bildirib. İtaliya koronavirusun episentrinə çevrilib.

Dünya boyu koronavirusdan ölən təqribən 7500 insanın üçdə biri İtaliyanın payına düşüb. İspaniya və Fransa Avropada ikinci və üçüncü yerlərdədir. Hər üç ölkənin sakinləri məcburi şəkildə təcrid edilib.

İtaliyada küçəyə çıxan hər kəsin ciddi səbəbi olmadığı təqdirdə ya cərimə ediləcək, ya da həbs cəzası ilə üzləşəcək.

Belçika da sakinlərini məcburi kilid altında saxlayır. Serbiya 70 və daha yuxarı yaşlardakı insanların küçələrə çıxmasına icazə vermir. Koronavirus yaşlılar və immun sistemi zəif olanlar üçün xüsusilə təhlükəlidir.

İsraillilərə də evlərindən çıxmamaları barədə göstəriş verilb, Səudiyyə Ərəbistanı gündəlik ibadət üçün bütün məscidləri bağlayıb.

Braziliyada koronavirusdan ilk ölüm hadisəsi xəbər verilib. Prezident Cair Bolsonaronun virusun qarşısını almaq üçün verdiyi tövsiyələrə məhəl qoymadan minlərlə insanın iştirak etdiyi hökumətyönlü yürüşə qatılmasından sonra yenidən test edildiyi bildirilib. Bolsonaro testdən bir dəfə keçirildiyini və nəticənin mənfi olduğunu deyib.

ABŞ-ın 50 ştatının hamısı son bir gündə bir halın olduğunu bildirib. Çərşənbə axşamına qədər Qərbi Virciniya heç bir yoluxma halının qeydə alınmadığı yeganə ştat olub.

XS
SM
MD
LG