Accessibility links

Avropa Birliyi İrana qarşı əlavə sanksiyalar tətbiq edir


Avropa Birliyi İrana qarşı əlavə sanksiyalar tətbiq edir
Avropa Birliyi İrana qarşı əlavə sanksiyalar tətbiq edir

İranda insan haqlarının pozulmasının davam etdiyini deyən Avropa Birliyi bu ölkəyə qarşı sanksiyaları artıracağını bildrib. Avropa Birliyi bildirib ki, birliyin siyahısına hesablarının dondurulduğu və səyahətlərinə qadağa qoyulduğu daha 29 nəfər əlavə edilib.

Britaniyanın xarici işlər naziri Vilyam Heyq İrana qarşı sanksiyaların genişləndirilməsinə səbəbin ölkədə insan haqlarının durumu olduğunu deyib.

Avropa Birliyi, BMT və Birləşmiş Ştatlar bundan əvvəl də İranda insan haqlarının pozulduğu və nüvə silahı texnologiyasından istifadə edildiyi üçün bu ölkəyə qarşı bir neçə dəfə sanksiyalar tətbiq etmişdi. İran nüvə proqramından dinc məqsədlər üçün istifadə etdiyini deyir.

Bu gün İranın yarı-rəsmi xəbər agentliyi FARS keçən ay həbs edilən BBC İran xidməti ilə əlaqəli iki rejissorun azad edildiyini xəbər verib.

XS
SM
MD
LG