Accessibility links

Avropa İttifaqı Azərbaycanda QHT qanunvericiliyinə dəyişiklikdən narahatdır


Avropa İttifaqının Xarici Siyasət İdarəsinin rəhbəri Ketrin Eşton və Genişlənmə və Qonşuluq Siyasəti komissarı Ştefan Füle
Avropa İttifaqının Xarici Siyasət İdarəsinin rəhbəri Ketrin Eşton və Genişlənmə və Qonşuluq Siyasəti komissarı Ştefan Füle

Eşton və Füle Azərbaycan hakimiyyətini beynəlxalq QHT-lərin qeydiyyatı prosedurunun yaxşılaşdırılmasına və sadələşdirilməsinə çağırır

Avropa İttifaqının Xarici Siyasət İdarəsinin rəhbəri Ketrin Eşton və Avropa İttifaqının Genişlənmə və Qonşuluq Siyasəti komissarı Ştefan Füle Azərbaycanda qeyri hökumət təşkilatları (QHT) ilə bağlı qanunvericiliyə məhdudlaşdırıcı düzəlişlərin qəbulundan narahatdırlar.

Bu barədə Avropa İttifaqının ali nümayəndəsi Ketrin Eşton və komissar Ştefan Fülenin birgə bəyanatında deyilir.

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində qarşıdakı sədrliyi baxımından ali nümayəndə və Avropa komissarı Azərbaycan hakimiyyətini götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə, AŞ Venesiya Komissiyasının iradları nəzərə alınmaqla QHT-lər haqqında qanunveriiciliyə yenidən baxmağa çağırırlar.

Eşton və Füle Azərbaycan hakimiyyətini beynəlxalq QHT-lərin qeydiyyatı prosedurunun yaxşılaşdırılmasına və sadələşdirilməsinə çağırır”, bəyanatda deyilir.
XS
SM
MD
LG