Accessibility links

Avropa, Çin və Rusiyanın yeni İran sazişini nəzərdən keçirdiyi bildirilir


Helqa Şmid, Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi
Helqa Şmid, Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi

Avropa, Çin və Rusiya diplomatları ballistik raket inkişaf etdirməməsi və regiona müdaxilədən imtina etməsi üçün İrana yeni maliyyə dəstəyi nəzərdə tutan sazişin təklif edilməsini nəzərdən keçirirlər. Bazar günü bu barədə yazan Almaniya qəzeti bildirir ki, bu yolla ölkələr 2015-ci il nüvə sazişinin imzalanmasından sonra yaranan iqtisadi münasibətlərin qorunmasına çalışırlar.

Rəsmilər növbəti həftələr ərzində Avropa İttifaqının aparıcı diplomatı Helqa Şmidin sədrliyi ilə Vyanada görüşərək, 8 may tarixində prezident Donald Trampın 2015-ci ildə İranla bağlanılan nüvə sazişindən ABŞ-ın çıxması ilə bağlı qərarından sonrakı addımları müzakirə edəcəklər. Bu barədə Avropa İttifaqı rəsmilərindən alınan məlumat əsasında Welt am Sonntag qəzeti yazıb.

Görüşdə Almaniya, Britaniya, Rusiya və Çinin iştirak edəcəyi halda, Birləşmiş Ştatlar iştirak etməyəcək. Hələlik bu görüşdə İranın iştirak edib-etməyəcəyi aydın deyil.

2015-ci ilin saziləşinə əsasən, İran Qərbin sanksiyalarının qaldırılması müqabilində nüvə proqramını məhdudiyyətlər tətbiq edəcəyinə razılıq verib. Tramp administrasiyasının əsas tənqidlərindən biri odur ki, bu saziş İranın ballistik raket proqramını və Yaxın Şərqdə Qərbin terrorçu hesab etdiyi silahlı dəstələrə yardımını əhatə etmir.

Qəzətdə qeyd edilir ki, yeni razılaşma İranın ballistik raket səylərini və regiondakı fəaliyyətini məhdudlaşdırdığını nəzərdə tutacağı halda, Trampı İrana qarşı sanksiyaları qaldırmağa inandırmaq mümkün ola bilər.

Məqalə ilə bağlı Almaniya Xarici İşlər Nazirliyindən şərh verilməyib.

Avropa İttifaqının enerji məsələri ilə bağlı aparıcı rəsmisi şənbə günü İrana 28 ölkənin təmsil olunduğu blokun nüvə sazişini qurtarmaqda və Tehranla ticarət münasibətlərinin gücləndirilməsində əzmli olduğunu bildirib.

Avropa İttifaqı, Almaniya və digər ölkələrdən olan rəsmilər sazişdə qalacaqlarını bildirirək əlavə edilər ki, Aİ sazişi qüvvədə saxlaya bilməsə, bu, blok üçün ağır ola bilər.

ABŞ-ın bəzi birtərəfli sanksiyalarınana görə, İran sazişdən tam maliyyə mənfəəti əldə etməkdə çətinlik çəkir. Həmin sanksiyalar aparıcı Qərb investorlarının Tehran ilə biznes qurmasının qarşısını alır.

ABŞ sanksiyalarının qüvvədə qaldığı bir müddətdə Avropa şirkətlərinin İranla iş görməsinin mümkün olmayacağını anlayan rəsmilər yeni saziş haqqında düşünürlər.

Bildirilir ki, yeni saziş İrana milyardlarla dollar həcminə maliyyə yardımının göstərilməsini nəzərdə tuta bilər.

İran və Avropa qüdrətləri 2015-ci il sazişini qurtarmaq üçün apardıqları danışıqların yaxşı başladığı bildirilsə də, İran xarici işlər naziri Cavab Zərifin keçən həftə dediyi sözlərinə əsasən, çox şey növbəti həftələrdə müəyyən ediləcək.

XS
SM
MD
LG