Accessibility links

ÜST: Avropa hazırda COVID-19 pandemiyasının episentridir


Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Kluge
Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Kluge

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru cümə axşamı bildirib ki, qitə hazırda COVID-19 pandemiyasının episentridir və qlobal miqyasda bütün yoluxma hallarının 59 faizini təşkil edir.

Hans Kluge Kopenhagendən virtual xəbər brifinqində regionun 53 ölkəsində yoluxma sürətinin ciddi narahatlıq doğurduğunu deyib. O, koronavirusun Delta variantının yeni yoluxma hallarını rekord səviyyəyə yaxınlaşdırdığını bildirib.

Kluge agentliyinin son məlumatlarının bölgədəki xəstəxanalara yerləşdirmə hallarının son bir həftə ərzində iki dəfədən çox artdığını göstərdiyini deyib.

O qeyd edib ki, rəsmilər bütün yaş qrupları üzrə artan tendensiyaları görür, lakin ən çox narahatlıq yaşlı əhali arasındakı sürətli artıma görədir. Onun sözlərinə görə, bu, daha çox insanın ağır yoluxmasına və ölməsinə səbəb olur. O, ölüm hallarının 75 faizinin 65 və daha yuxarı yaşda olan insanlar arasında olduğunu bildirib.

Kluge etibarlı proqnoza əsaslanaraq, hazırkı sürətlə gedərsə, Avropada fevralın 1-nə qədər COVID-19-dan yarım milyon ölüm halının ola biləcəyi barədə xəbərdarlıq edib.

O, artıma səbəbin qeyri-bərabər peyvənd nisbəti və bütün bölgədə ictimai səhiyyə və sosial tədbirlərin yumşaldılmasını göstərıb.

Bir milyard doza vaksin paylansa da, Avropada ümumi əhalinin yalnız 47 faizi tam peyvənd olunub. Klugenin sözlərinə görə, səkkiz ölkədə insanların azı 70 faizinə tam peyvənd tətbiq olunub. O qeyd edib ki, başqa iki ölkədə bu nisbət 10 faizdən aşağı olaraq qalır.

Kluge yaşlılar kimi prioritet qruplar olmaqla, peyvənd nisbəti aşağı olan ölkələri peyvəndin əhatə dairəsini artırmağa, yüksək peyvənd nisbəti və kifayət qədər peyvənd ehtiyatı olan ölkələri peyvəndi az olan ölkələrlə paylaşmağa çağırıb.

O, həmçinin bildirib ki, peyvəndlər sosial məsafə saxlamaq və maska taxmaq kimi profilaktik tədbirlərlə birlikdə təsirli olur. Kluge maskanın geniş istifadəsinə nail olunarsa, fevral ayına qədər regionda 188 min insanın həyatını xilas etməyin mümkün olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG