Accessibility links

Koronavirus pandemiyasının sona çatacağına dair ümidlər sönür


Koronavirus pandemiyasının sona çatacağına dair ümidlər sönür
please wait

No media source currently available

0:00 0:03:26 0:00

2021-ci il sona yaxınlaşdıqca koronavirus pandemiyasının sona çatacağına dair ümidlər sürətlə sönür. Belə ki, yeni Omikron variantı bütün dünyaya yayılır.

Avropada 2021-ci il başladığı kimi də sona çatır - yeni koronavirus infeksiyası dalğası ilə mübarizə ilə. İlk dəfə Britaniyada yanvar ayında aşkar edilən alfa variantı üstünlük təşkil edirdi. Yanvarın sonunda ölüm nisbətinə görə Britaniya dünyada birinci yerdə idi. Avropanın çox hissəsi təcrid vəziyyətinə qayıtdı. "Hökumət sizi bir daha evdə qalmağa çağırır" - deyə, Britaniya Balş naziri Borius Conson bildirir.

Amma ümid var idi. Britaniya artıq Pfizer-BioNtech-dən istifadə edərək, kütləvi peyvənd proqramına başlamışdı. Bu, görünməmiş elmi bir irəliləyiş idi. Mikrobioloq Simon Klark: "Peyvəndlər klinikaya ilk dəfə daxil olanda ciddi infeksiyaların, xəstəxanaya yerləşdirilmələrin və nəticədə ölümlərin sayının azaldılması üçün böyük ümid var idi və bu baş verdi."

Mart ayında Avropa ölümcül infeksiyanın üçüncü dalğası ilə üzləşdi və buna səbəbin peyvənd proqramlarının çox yavaş keçirilməsi olduğu deyildi.

Bəzi ölkələr qan laxtalanması qorxusuna görə AstraZeneca peyvəndinin istifadəsini dayandırdı və elm adamlarının bir çoxu bunun şişirdilmiş məlumat olduğunu dedi. Ümümdünya Səhiyyə Təşkilatından doktor Somya Svaminatan: "330 milyon peyvənd dozasından heç birinin təsdiqlənmiş Covid peyvəndi ilə bağlı ölüm xəbəri almadıq."

Yayın əvvəlində Avropa əhalisində immunitet yaranırdı və iyun ayına qədər qitənin çox hissəsi yenidən açıldı. Lakin virus mutasiyaya davam edirdi. Hindistan yeni mutasiya olmuş ölümcül delta variantı dalğasına məruz qaldı.

Bu variant tezliklə Avropaya çatdı və payızda delta məktəblərdə sürətlə yayılmağa başladı.. bir daha Avropanı pandemiyanın episentri elan etdi. Amma peyvəndlər işə yaradı. Yoluxmalar çox olsa da, ölümlər nisbətən az idi.

Lakin noyabr ayında Cənubi Afrika yeni - zahirən daha yoluxucu omikron variantı barədə məlumat verdi. İndi bu variant Avropaya və dünyanın çox hissəsinə yayılıb.

Buna cavab olaraq, hökumətlər peyvəndin gücləndirici proqramlarını sürətləndirdi və bütün yetkinlərə üçüncü dozalar təklif etdi.

Alimlər deyirlər ki, bu, dünya əhalisinin daha çox hissəsi peyvənd olunmayana qədər davam edəcək. Doktor Salam Quye: “İndiyə qədər Afrikada cəmi 102 milyon afrikalı və ya qitə əhalisinin 7,5%-i tam peyvənd olunub. Əhalinin 80% -dən çoxuna peyvəndin bir dozası belə edilməyib. Bu təhlükəli dərəcədə geniş bir boşluqdur”.

Bu, həm Afrika üçün, həm də bütün dünya üçün təhlükədir. Çünki yeni variantlar ortaya çıxmaqda davam edir. Pandemiya artıq üçüncü ilinə qədəm qoyur və onun necə, nə vaxt bitəcəyi hələ məlum deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG