Accessibility links

Avropa Dərman Agentliyi AstraZeneca peyvəndindən istifadəni yenidən təsdiqləyib


Avropanın tibb tənzimləyicisinin AstraZeneca peyvəndinin təhlükəsiz olduğunu elan etməsindən bir gün sonra, cümə günü iki avropalı baş nazirə - Britaniyada Boris Conson və Fransada Jon Kastoya bu peyənd vurdurub.

"Təhlükəli olan şey COVID-dir, bu səbəbdən də növbəmiz çatdığı zaman hamımızın dozaları qəbul etməsi bu qədər vacibdir", deyə Conson bildirib.

Cümə axşamı Avropa Dərman Agentliyi AstraZeneca COVID-19 peyvəndinin pandemiya ilə mübarizədə istifadə olunmasına davam etdirilməsini təsdiqləyib.

Tənzimləyici orqan tərəfindən bu addım Fransa, Almaniya, İtaliya və İspaniya da daxil olmaqla, bir neçə Avropa ölkəsinin peyvəndin qanda laxtalanmaya səbəb olduğu ilə bağlı xəbərlərdən sonra ondan istifadəni dayandırmasından sonra atılıb.

Avropa Dərman Agentliyi verdiyi açıqlamada bildirir ki, "peyvəndin hələ də geniş yayılmış COVID-19 təhlükəsi ilə (xəstəlik əsasən laxtalanma problemi ilə nəticələnir və ölümcül ola bilər) mübarizədə faydaları əks təsir riskini üstələməyə davam edir."

Agetnlik əlavə edib ki, "peyvəndlə əlaqəli bir səbəbin sübut olunmayıb və əlavə təhlillərə ehtiyac var."

Bu arada Ağ Ev cümə axşamı milyonlarla doza AstraZeneca vaksininin Meksika və Kanadaya göndəriləcəyini elan edib.

ABŞ-ın dərman tənzimləyiciləri peyvənddən istifadəni hələ təsdiqlənməsə də, vaksin adı çəkilən ölkələr tərəfindən təsdiqlənib.

Bu açıqlama Bayden administrasiyasının ABŞ-a gəlməyə cəhd edən miqrantlar dalğasının qarşısını almaq üçün Meksikadan kömək istədiyi zaman verilib.

Meksikanın ABŞ-dan 2,5 milyon, Kanadanın isə 1,5 milyon doza peyvənd alacağı bildirilir.

XS
SM
MD
LG