Accessibility links

"Avropa ləzzəti" mağazası


"Avropa ləzzəti" mağazası
please wait

No media source currently available

0:00 0:02:19 0:00

“Amerika xəyalı” çoxları böyük bir xəyaldır. 15 il əvvəl Ukraynadan Amerikaya gələn Savçuk ailəsi üçün kiçik bir biznes açmaq və layiqli həyat qurmaq artıq bu xəyalın gerçəkləşməsi deməkdir.

Birləşmiş Ştatların Merilend ştatının Geytersburq şəhərindəki bu mağaza adi ərzaq mağazası deyil. Bu mağaza müxtəlif ərzaq malları ilə yanaşı, müştəriləri beynəlxalq dadlarla da cəlb edir. “Şokolad, pendir …. Onlar burada xörək bişirirlər və buradakı yeməklər məni cəlb edir. Məni geri, evimizə aparır.” deyə, müştəri Martiza Falantin bildirir.

Müştəri Aleksandr: “Burada elə yeməklər var ki, onları başqa yerdə tapmaq mümkün deyil. Biz buradakı pelmeni və ya burada bişirilən başqa dadlı yeməklərdən danışırıq. Bunu başqa heç yerdə görmək olmaz.”

“Avropa dadı” adlanan bu dükanın sahibləri Tatyana və Viktor Savçuklardır. Bu ailə Birləşmiş Ştatlara 15 il əvvək Ukraynadan gəlib və onlar bu ölkədə biznes qurmaq arzusu ilə uzun illər yaşayıb. Tatyana Savçuk: “Biz buraya ilk gələndə Birləşmiş Ştatlar haqda heç nə bilmirdik. Həyat yoldaşım işləyirdi, mənim isə iş icazəm olmadığı üçün işləyə bilmirdim.”

Vətəni Ukraynada Tatyana Savçuk idman müəllimi idi. Amerikada isə ilk işi dayəlik olub. Sonra isə o, 7 il Rusiya və Şərqi Avropanın malları olan ərzaq mağazasında çalışıb. “Mənə menecer olmağı təklif etdilər və biz bu məsələni müzakirə edərkən mağaza sahibi istədiyim vaxt bu mağazanı satın ala biləcəyimi dedi.”

Bundan az sonra Tatyananın əri Viktor öz işini buraxıb Tatyananın yanında işləməyə başladı. İki ildən sonra isə Savçuklar bu mağazanı satın aldılar. Bundan sonra onlar bankdan kredit götürüb spirtli içki lisenziyası aldılar və mağazanın arxasında mətbəx inşa etdilər. Mağazanın aşpazı Olyona: “Bizi həqiqətən dadlı borş bişiririk. Hər gün bir böyük qazan. Bizim ətli perojkimiz də dadlıdır. Hazır olan kimi satılır. Bizim salatlar, isti yerməklərimiz və xəmir məmulatlarımız insanların xoşuna gəlir. Bu xoşbəxtlik deyilmi?”

Savçuk ailəsi biznesini genişləndirmək istəyir. “Biz böyümək, daha çox mağaza açmaq istəyirik. İnsanlar bizdən bunu etməyimizi xahiş edir.”

XS
SM
MD
LG