Accessibility links

Fransanın daxili işlər naziri baş nazir vəzifəsinə təyin edilib


Fransanın daxili işlər naziri Bernard Kaznöv prezident Fransua Olland tərəfindən baş nazir vəzifəsinə təyin edilib.

Daxili işlər naziri kimi Kaznöv ötən iki il ərzində İŞİD ekstremistləri tərəfindən həyata keçirilən və 200-dən çox insanın ölümünə səbəb olan silsilə hücumlara cavab strategiyası ilə məşğul olub. Yalnız ötən il Parisdə koordinasiya edilmiş hücumlar nəticəsində 130 insan həlak olub.

Kaznöv gələn il Sosialist partiyasından prezidentliyə namizədliyini irəli sürmək məqsədi ilə baş nazir vəzifəsindən istefaya gedən Manuel Vallsı əvəz edəcək.

54 yaşlı Valls Ollandı vəzifəsində əvəz etmək üçün seçkilərdə iştirak edəcək. Olland ötən həftə televiziya vasitəsi ilə çıxışında ikinci dönəm prezidentliyə namizədliyini irəli sürməyəcəyini elan edib.

Valls yanvar ayında praymeri seçkilərində Sosialist partiyasından namizəd seçilsə, onun rəqibi keçən həftə mərkəz-sağçı Respublikaçı Partiyasından prezidentliyə namizəd, 62 yaşlı sabiq baş nazir Fransua Fiyon olacaq.

XS
SM
MD
LG