Accessibility links

Avropa Hərəkatının rəhbəri həbs edilib


Ramin Hacılı
Ramin Hacılı

Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı həbs olunub.

Azərbaycan Baş Prokurorluğu bildirir ki, Ramin Hacılı Baş Prokurorluğun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Yerli medianın məlumatına görə, o, Almaniyadan deportasiya olunan Azərbaycan vətəndaşlarının ifadəsi əsasında həbs olunub.

Ramin Hacılının ailə üzvləri və vəkili hələ onun həbsinin səbəbləri ilə bağlı şərh verməyib.

Bununla yanaşı, keçmiş həyat yoldaşı Aysel Aydın Əlizadə Facebook səhifəsində yazıb ki, beş ildi Ramin Hacılıya qarşı dayanmadan cinayət işi açılır.

“O məhkəmə bitir, bu məhkəmə başlayır. Nə boyda cinayətkar imiş Ramin Hacılı. Kiməsə cinayətkar lazımdırsa bütün ölkə bilir bu ölkədə kimlərdir cinayətkarlar, yerlərini deyək gedib araşdırıb tutun. Dünən çağırıblar adamı. O da nə bilsin ki, tutmağa çağırırlar. Durub gedib. Gecəyəcən saxlayıblar, gecə saat 12-də məhkəmə keçiriblər, həbs veriblər. Psixologiyam pozulub artıq bu mövzudan. Nə qədər olar axı. Bu problemlərə görə yaşaya da bilmədik, ikimizin də əsəbi pozuldu, ayrıldıq. Amma mən onu tək qoya da bilmirəm axı, başa düşürsüz?” o qeyd edib.

Ramin Hacılı istimai-siyasi fəal olub. O, Dalğa Gənclər Hərəkatının, Azərbaycan Avropa Hərəkatının rəhbəri, Demokratik İslahatlar və Ümid partiyalarının rəhbərliyində təmsil olunub.

Ona qarşı ilk dəfə 2017-ci ildə ittiham irəli sürülüb.

Belə ki, 2017-ci il oktyabrın 12-də Bakının Nəsimi Rayon Məhkəməsi Hacılını vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə təqsirli bilib və 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verib.

Cinayət işinin başlanmasına səbəb kimi Ramin Hacılının ABŞ-a getməyə viza almaq istəyənlər üçün ABŞ-ın Azərbaycandakı Səfirliyinin Konsulluq şöbəsinə saxta sənədlər təqdim etməsi göstərilib.

Ramin Hacılı daha sonra 2018-ci ilin iyunun 4-də qanunsuz yolla dövlət sərhəddindən keçərkən saxlanılıb.

Sərhəd Xidmətinin Mətbuat Mərkəzi bildirib ki, Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qaytarmağa çalışdığını və bu səbəbdən qanunsuz yolla Gürcüstana, oradan isə Avropa ölkələrinə getmək istədiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG