Avropa İnsan Hüquqları Məhkəməsi 15 il əvvəl xüsusi əməliyyat zamanı İnquşetiya və Çeçenistanda yoxa çıxmış 17 nəfərin qohumlarına təqribən 1,2 milyon avro məbləğində kompensasiya ödənilməsi haqda hökm çıxarıb.
Sənədə əsasən, onlar 2002-2004-cü illər arasında Rusiya hərbçiləri tərəfindən saxlanıldıqdan sonra yoxa çıxıblar.
Avropa İnsan Hüquqları Məhkəməsi federal hakimiyyət orqanlarının insanların işgəncələrə məruz qalmasına yol verdiyi, habelə vətəndaşların həyat, azadlıq və təhlükəsizlik, eləcə də effektiv müdafiə olunmaq hüquqlarını pozduğu haqda qərara çıxarıb.
Oktyabr ayında Avropa İnsan Hüquqları Məhkəməsi Çeçenistanda federal hərbi qüvvələrin xüsusi əməliyyatı zamanı insanların oğurlanması ilə əlaqədar iki işlə bağlı 1,5 milyon avrodan artıq kompensasiya ayrılmasına qərar verib.