Accessibility links

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı iki qərarını elan edib


Avropa məhkəməsi
Avropa məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsi oktyabrın 7-də Azərbaycanla bağlı iki qərarını elan edib.

Hüquqşünas Xalid Ağaliyevin Amerikanın Səsinə verdiyi məlumata görə qərarlar 35 ərizəçinin ədalətli məhkəmə araşdırması, ifadə azadlığı, köləliyin, məcburi əməyin yolverilməzliyi, və mülkiyyət hüquqlarının pozuntusu iddiaları ilə bağlıdır.

Beləki Seudin Zoletic və başqa 32 nəfər Bosniya və Herseqovina vətəndaşı Azərbaycana qarşı işdə bu vətəndaşlar Azərbaycanda aldadıldıqlarını iddia edirdilər.

Onlar AİHM-ə şikayətlərində bildiriblər ki, Bakıdakı məşhur “Buta Saray”, “Bakı Ekspo Mərkəzi”, “28 Mall” alış-veriş mərkəzi də daxil olmaq üzrə məşhur binaların inşasında çalışıblar.

Şikayətdə Gənclik və İdman Nazirliyinin də adı keçirdi, ərizəçilərin bəziləri həmin nazirliyə aid olduğu bildirilən Mingəçevir – Kür Olimpiya Mərkəzinin inşasında çalışdıqlarını qeyd ediblər.

33 ərizəçi iddia edirdi ki, onları işə götürərkən, hər saat üçün 5-7 dollar ödənilməsi, zəruri şəraitlə təmin edilmiş mənzillərdə yerləşdirilməsi razılaşdırılıb. Ancaq onlara cəmi 3-4 dollar ödənilib.

Yaşayış durumları dözülməz olub, pasportları əllərindən alınmış bosniyalılar acınacaqlı şəritdə saxlanılıb, hamam, tualeti olmayan, yüz nəfərə qədər insanın sığdığı, sərt daxili qaydaların tətbiq edildiyi baraklara yerləşdiriliblər. Ərizəçilər yerli və beynəlxalq hüquq müdafiə qurumları vasitəsilə üzləşdikləri rəftarı məhkəməyə çıxara bilmişdilər. Hüquq müdafiə qurumlarının müdaxiləsindən sonra onlara cüzi miqdarda ödəniş edilib, pasportları geri verilib, hava limanına aparılaraq ölkələrinə göndərilib.

Ərizəçilər Avropa Məhkəməsində iddia edirdilər ki, onlara münasibətdə köləliyin, məcburi əməyin yolverilməzliyi, ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarının pozuntusuna yol verilib.

AİHM onların iddialarını qismən qəbul edib, hesab edib ki, 33 ərizəçinin hər birinə münasibətdə köləliyin, məcburi əməyin yolverilməzliyi hüququnun pozuntusuna yol verilib. Hökumət ərizəçilərin hər birinə mənəvi zərərə görə 5 min (ümumi – 165 min) avro ödəməlidir

Digər iş isə müxalifətyönlü gənc fəallar - Ülvi Həsənov və Məcid Məcidli ilə bağlıdır.

Beləki, 2013-cü ilin iyulunda Bakıdakı "İçərişəhər" metrostansiyasında vərəqələr yayarkən polislər tərəfindən saxlanılan hər iki ərizəçi polisə aparılmış, bir gecə orda saxlanılmışdı. Barələrində "inzibati xəta haqqında protokol" tərtib edilən ərizəçilər hökumət əleyhinə vərəqələr yaymaqda, polis məmurunun qanuni əmrinə tabe olmamaqda günahlandırlmış, onlara 15 sutka həbs cəzası verilmişdi.

Avropa məhkəməsi ərizəçilərin iddialarını əsaslı hesab edib, onların ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüquqlarına müdaxilənin baş verməsi qənaətinə gəlib.

Ərizəçilərin hər birinə mənəvi zərər əvəzi 5850 avro təzminat ödəyəcək.

Bu deyilənlərlə bağlı hələlik rəsmi qurumlardan şərh almaq mümkün olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG