Accessibility links

Avropa İnsan Haqları Məhkəməsi Seçkilərin Monitorinq Mərkəzi Azərbaycana qarşı işi üzrə qərarını elan edib


Avropa məhkəməsi
Avropa məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi dekabrın 2-də Seçkilərin Monitorinq Mərkəzi və başqaları Azərbaycana qarşı işində ərizəçilərin (Anar Məmmədli və Bəşir Süleymanlı) iddia etdikləri pozuntuları tanıyıb.

Bu barədə hüquqşünas Xalid Ağaliyev Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, bu məhkəmə işi QHT-lərin qeydiyyatı ilə bağlı idi.

Ərizəçi təşkilat və onun təsisçiləri Anar Məmmədli, Bəşir Süleymanlı mərkəzin dövlət qeydiyyatının ləğv edilməsinin qanunsuzluğundan şikayət etmişdilər.

Hüquqşünas deyib ki, Avropa İnsan Hüquqları Məhkəməsi hesab etdi ki, SMM-in qeydiyyata alınmasından imtina olunması, daha sonra isə qeydiyyatının ləğv edilməsi qanunsuz olub.

AİHM öz qərarında ərizəçilərə SMM-in qeydiyyatının yubadılmasının və sonra ləğv edilməsinin qanunsuzluğundan şikayət edən ərizəçiləri haqlı hesab etdi.

“Qərar verdi ki, SMM-lə bağlı hüquqi prosedurlar həm qeydiyyatın yubadılması, həm də qeydiyyatın ləğv edilməsi kontekstində Konvensiyanın 11-ci maddəsinin pozuntusu ilə müşaiyət olunub.

Məhkəmə həmçinin, cavabdeh dövlətin bu işdə Konvensiyanın 34-cü maddəsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə qərar verdi”- deyə, o bildirib.

Məhkəmənin qərarına əsasən, hökumət qərar qəti olduqdan sonra ərizəçilərə mənəvi zərər əvəzi 4500, hüquq xərclərinə görə 1500, digər məsrəflərə görə 600 avro təzminat ödəməlidir.

Ərizəçilərdən olan hüquq müdafiəçisi Bəşir Süleymanlı Amerikanın Səsinə bu məhkəmə qərarı ilə bağlı şərh verib.

O bildirib ki, bu gün çıxarılan qərar birləşmək azadlığı ilə bağlı verilən azsaylı qərarlardandır.

“Təbii ki, ölkədə birləşmək hüququnun məhdudlaşdırıldığı bir zamanda bu qərarı xoş qarşılamaq olar. Həmçinin bu yeni presetentin yaranmasına kömək olacaq. Bu ikinci təşkilat idi ki, ölkədə qeydiyatı ləğv edilirdi. Digər biri "Evsiz Bakılılar Azərbaycana qarşı'' olan iş daha çox itisadi amillərlə bağlı idi. Ancaq SMM-in qeydiyatının ləğvi siyasi məsələ idi və 2008-ci ildə bizi seçkilərin müşahidəsindən kənarda qoymaq məqsədi daşıyırdı.“

O hesab edir ki, 13 ildən artıq vaxt keçməsinə baxmayaraq birləşmək azadlığı, ümumiyyətlə siyasi azadlıqlarla bağlı nəinki vəziyyət yaxşılaşıb, əksinə daha da pisləşib.

“Hökümət Avropa Məhkəməsinin qərarlarını icra etməkdən yayıınır, kompensasiyalar ödənmir. O cümələdən çıxarılmış qərarlara uyğun addımlar- günahkarların cəzalandırılması, qanunvericiliyin təkmilləşdirilməsi - atılmır."

Öz növbəsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını gecikmiş hesab edir.

“Məsələ burasındadır ki, Seçkilərin Monitorinq Mərkəzinin qeydiyyatının ləğvi 2008-ci ildə baş verib. Biz 2009-cu ildə də şikayət vermişdik. Açığı qərar çox gec çıxdı. Biz çox təəssüf edirik ki, qərar bu qədər yubandı. Üstündən 10 ildən artıqdır ki, vaxt keçdi. Bu müddət ərzində Seçkilərin Monitorinq Mərkəzinin əsasında SMDT (Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi) yarandı. Onun da qeydiyyatı hökümət tərəfindən alınmayıb. Bundan sonra ölkədə vətəndaş cəmiyyətinə qarşı təzyiqlər başladı. İlk olaraq bu təzyiqlər SMDT-yə başladı və mən həbs olundum. İki ildən artıq həbsxanada qaldım. Bütün bu proseslər Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı, birləşmə azadlığına qarşı hökümətin məqsədyönlü və ardıcıl apardığı repressiya siyasətinin nəticəsidir. Bu repressiyanın qurbanlarından biri kimi, bu təşkilatın ləğvi, bizim ictimai prosesdən uzaqda saxlama cəhdimiz, hüquqalrımızın kobud şəkildə pozulması və çox təəssüf edirəm ki, on ildən artıq bir vaxt keçəndən sonra tanındı.”

O, hesab edir ki, hökümət vətəndaş cəmiyyətlərinə qarşı islahatlar aparmalıdır.

“Mən bundan sonra Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyətlərinə qarşı həm qeydiyyat məsələsində, həm də qeydiyyata aldıqdan sonra müdaxilə etməməsini gözləyərdim. Yəni bununla bağlı hökümətin müvafiq addımları olmalıdır. İslahatlar aparılmalıdır. Açığı çox da belə ciddi gözləntilərim yoxdur.”

Xatırlatma

Seçkilərin Monitorinq Mərkəzinin təsisçiləri mərkəzin dövlət qeydiyyatına alınması üçün 2006-08-ci illərdə Ədliyyə Nazirliyinə 6 dəfə müraciət etmişdi. Nazirlik, sənədlərin qanunvericiliyə uyğun tərtib edilmədiyi əsası ilə qeydiyyatdan imtina etmişdi. SMM 2008-ci ilin fevralında dövlət qeydiyyatına alınsa da aprel ayında nazirlik Mərkəzin qeydiyyatının ləğv edilməsi tələbi ilə Xətai Rayon Məhkəməsində iddia qaldırmışdı. İddia edilirdi ki, Mərkəz rəsmi ünvanın, təsisçilər siyahısındakı dəyişikliklərin, nümayəndəliklərinin açılması barədə məlumatları təqdim etməyib. May ayında məhkəmə SMM-in qeydiyyatını ləğv etmiş, yuxarı məhkəmələr həmin qərarı qanuni saymışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG