Accessibility links

Avropa İttifaqı Şurasının prezidenti Azərbaycanda səfərdədir


İlham Əliyev və Donald Tusk
İlham Əliyev və Donald Tusk

Iyulun 9-da Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşüb.

Avropa İttifaqının Azərbaycan nümayəndəliyində keçirilən görüşdə Aİ-Azərbaycan münasibətləri, KİV, vətəndaş cəmiyyəti, insan haqları sahəsindəki proseslər bardə fikir mübadiləsi olub.

Görüşdə "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, vəkil Elçin Sadıqov, Rasional İnkişaf Qadınlar Assosisasiyasının sədri Şəhla İsmayıl, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu milli Platformasının üzvü Zaur Əkbər iştirak ediblər.

Görüş Donald Tuskun Aİ-Azərbaycan münasibətləri ilə bağlı məsələlərin müzakirəsilə bağlı Azərbaycana səfəri çərçivəsində baş tutub.

Avropa İttifaqı "Dünayada insan hüquqları və demokratiya ilə bağlı vəziyyətə dair" illik hesabat yayıb.

Hesabatın Azərbaycana aid hissəsində bildirilir ki, Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət hələ də narahatlıq doğurur.

"Fundamental sərbəst toplaşmaq, söz və birləşmək azadlığı və hakimiyyət orqanları tərəfindən opponent və ya opponent hesab edilənlərin təqibi davam edir. Vətəndaş cəmiyyəti üçün kiçildilmiş fəaliyyət dairəsi məhdudlaşdırıcı qanunvericiliklə, o cümlədən xaricdən maliyyələşdirmə üzrə müddəalarla daha da sıxılmışdır", deyə hesabatda qeyd edilir.

Sənəddə həmçinin arbitrar həbsələrə diqqət yetirilir. "Məhkəmə qərarı olmadan tanınmış media internet səhifələri bağlanıb, inzibati göstərişə görə müxbirlərin tutulması və ya saxlanılması halları baş verib. Vəkillər Assosiasiyasının üzvü olmayan vəkillərin məhkəməyə çıxmasını qadağan edən yeni qaydalar ədalət mühakiməsinə əlçatımlığa ciddi şəkildə mane olur. Vəkillər Assosiasiyası İnsan hüquqları (İH) müdafiəçilərinin məhkəmə işlərində fəal olan bəzi vəkillərin lisenziyasını əlindən alıb. Azərbaycan beynəlxalq öhdəliklərinə uyğun olaraq Avropa İnsan Hüquqları Məhkəməsinin qaydalarına uyğunluğu artırmalıdır,"sənəddə qeyd edilir

Donald Tusk bu gün prezident İlham Əliyevlə görüşüb.Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək əməkdaşlıq müzakirə edilib.

“Əminəm ki, qarşıdakı illərdə biz tərəfdaşlığın müsbət məcrada inkişafını davam etdirəcəyik, bu da Azərbaycanın maraqlarına xidmət edir. Ümidvaram ki, uğurla həyata keçirdiyimiz bütün layihələr yaxşı nəticələr verəcək,” prezident Əliyev qeyd edib.

Donald Tusk bildirib ki, niyyəti Avropada Azərbaycanın mümkün qədər ən yaxşı əlaqələrə sahib olmasının nə dərəcədə mühüm olduğunu vurğulamaqdır. Mənim mesajım tamamilə aydındır,” o qeyd edib.

XS
SM
MD
LG