Accessibility links

Avropa İttifaqı 155 rusiyalı və ukraynalıya qarşı sanksiyaların müddətini daha altı ay uzadıb


Avropa İttifaqı 155 rusiyalı və ukraynalıya qarşı viza qadağasını və sərvətin dondurulması müddətini daha altı ay uzadıb. Sanksiyalar 44 şirkətə də aiddir və Ukraynanın müstəqilliyinə təhdid yaratmağa görə qoyulub.

“Durumun dəyərləndirilməsi sanksiya rejimində dəyişikliyə əsas vermədi”, Aİ Şurasının sentyabrın 13-də yaydığı bəyanatda deyilir.

Sanksiya siyahısında özünü “Donetsk Xalq Respublikası” adlandıran qurumun avqustun 31-də öldürülmüş rəhbəri Aleksandr Zaxarçenko da var.

Rusiya Dumasının bu yaxınlarda dünyasını dəyişmiş üzvü İosif Kobzon da siyahıdadır.

Aİ-dəki mənbələr AzadlıqRadiosu-na deyib ki, hər iki şəxsin adı daha sonra siyahıdan çıxarılacaq, ancaq blok əmin olmaq istəyir ki, onların adları siyahıdan çıxarılsa, Aİ ərazisindəki potensial aktivləri başqa birisinə ötürülməyəcək.

Bu sanksiyalar Rusiya 2014-cü ilin martında Ukraynanın Krım yarımadasını ilhaq etdiyinə, Ukraynanın şərqindəki separatçıları dəstəkləməsinə görə qoyulub. Sanksiyaların müddəti hər altı aydan bir uzadılır.

2014-cü ilin aprelində Ukraynanın şərqində münaqişə başlanandan bəri 10 min 300 nəfər həlak olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG