Accessibility links

Avropa İttifaqı Britaniyaya: Vahid bazarla bağlı "heç vaxt" kompromisə getməyəcəyik


Avropa İttifaqının Brexit üzrə baş vasitəçisi bazar ertəsi Britaniyaya xəbərdarlıq edib ki, Aİ “heç vaxt” vahid bazarın bütünlüyü ilə bağlı kompromisə getməyəcək. O həmçinin deyib ki, London ittifaqdan ayrılmağın reallıqları ilə üzləşməlidir.

Britaniyanın bəzi qanunvericiləri Brüsselin Britaniya ittifaqdan cümə günü rəsmi olaraq ayrılandan sonra gələcək həftələrdə başlayacaq danışıqlarda ticarət axınını qorumaq üçün qaydalarını dəyişə biləcəyini irəli sürüb.

Lakin Britaniyanın Brexit nəticəsində ən ços risklə üzləşəcəyi təxmin edilən Şimali İrlandiya regionunda çıxış edən Mişel Barnier xəbərdarlıq edib ki, Brexitin mənfi təsirləri qaçılmazdır.

“Vahid bazarla bağlı komrpomis olmayacaq. Heç vaxt, heç vaxt, heç vaxt” - deyə, Barnier Belfastda Kraliça Universitetində bildirib. O, vahid bazarı Avropa İttifaqının beynəlxalq nüfuzunun təməli kimi təsvir edib.

"Vahid bazarı tərk etməyin, gömrük ittifaqını tərk etməyin nəticələri olacaq. Və məncə ötən il Birləşmiş Krallıqda bu nəticələrin əhəmiyyətini kiçildilmişdi. İndi isə biz reallıqla üzləşməliyik”, o deyib.

Çətin seçimlər

Barnier deyib ki, Brüssel ticarət danışıqlarında yumşaq və praqmatik olmağa açıq olsa da, Britaniyanın seçimləri nəticəsində Aİ ilə mübahisəsiz ticarət aparmaq qeyri-mümkün olacaq.

O əlavə edib ki, əgər heç bir ticarət razılığı əldə olunmasa Britaniya 2021-ci ildə 11 aylıq status kvo keçidi bitəndə kəskin Brexitlə üzləşəcək.

Avropa İttifaqı dəfələrlə bildirib ki, Birləşmiş Krallığın çıxışının olacağı məhsulların sayı Londonun Aİ qaydaları qarşısındakı öhdəliklərinə müvafiq olacaq, xüsusilə də dövlət yardımı sahəsindəki öhdəliklərinə.

Şimali İrlandiya

Baş nazir Leo Varadkar çərşənbə axşamı deyib ki, Britaniyadan Şimali İrlandiyaya aparılan məhsullarla bağlı bəzi yoxlanışlar olacaq, baxmayaraq ki, Britaniyanın baş naziri Boris Conson dəfələrlə bunlara ehtiyacın olmadığını söyləyib.

Consonun Aİ qaydalarının bəzilərinin Şimali İrlandiyada şamil olunmasına icazə verməsi onun ittfaqdan ayrılmaqla bağlı aparılan danışıqlar zamanı getdiyi ən mühüm güzəştlərdən idi, çünki o, adada sərhədin yaranmasının qarşısını almağa çalışıb.

XS
SM
MD
LG