Google şirkəti onlayn axtarış reklamçılarını blok etdiyinə görə çərşənbə günü €1.49 milyard avro cərimələnib. Bu, Avropa İttifaqının Google-ın ana şirkəti Alphabet-ə qarşı son iki ildə üçüncü nəhəng anti-trest cəriməsidir.
Cərimənin Google-ın 2018-ci ildəki dövriyyəsinin 1.29 faizinə bərabər olduğunu bildirən Avropa Komissiyası bəyanatında şirkətin rəqabət əleyhinə davranışlarının 10 ildən çox davam etdiyini bildirib.
Google-ın müqavilələrinə bu məhdudlaşdırıcı maddələri daxil etməsinə rəqiblərini bazardan uzaq tutmağa çalışmaqdan başqa heç bir səbəb yox idi.
Bu məsələ axtarış nəticələri və axtarış reklamları meydana gətirən qəzet və ya səyahət saytları kimi vebsaytlara aiddir. Google-ın AdSense for Search proqramı bu cür axtarış reklamlarını təmin edir.
Google-ın yanlış davranışlarına vebsaytların axtarış nəticələri səhifələrində rəqiblərindən axtarış reklamları yerləşdirmələrinin qarşısını alaraq, onları axtarış nəticələri səhifələrindəki ən gəlirli yerləri Google-ın reklamlarına ayırmalarını və rəqib reklamların necə yerləşdirilməsinə dəyişikliklər etmədən öncə Google-dan yazılı icazə almalarını təbəb etməsi daxildir.
“Google-ın müqavilələrinə bu məhdudlaşdırıcı maddələri daxil etməsinə rəqiblərini bazardan uzaq tutmağa çalışmaqdan başqa heç bir səbəb yox idi,” Avropa Komissiyasının rəqabətdən məsul rəsmisi Marqret Vestager bildirib.
AdSense-lə bağlı iş 2010-cu ildə Microsofrt-un şikayətindən sonra qaldırılmışdı. Daha sonra hər iki şirkət 2016-cı ildə bir-birinə qarşı şikayətlərini geri götürüb.
Ötən il Vestager məşhur Android mobil idarəetmə sistemindən istifadə edərək rəqiblərini blok etdiyinə görə Google-a €4.34 milyard avro cərimə tətbiq edib. Bundan əlavə isə 2017-ci ilin iyun ayında şirkət rəqiblərinin alış-verişləri müqayisə edən vebsaytlara çıxışının qarşısını aldığına görə €2.42 milyard avro cərimələnib.
Vestager çərşənbə günü Google-ın göstərişlərə riayət etmək məqsədilə rəqiblərini irəli çəkmək, eləcə də Android istifadəçilərinə brauzer və axtarış tətbiq etmələri seçimini irəli sürmək cəhdlərini ehtiyatlı şəkildə alqışlayıb.
Vestager Google-ın tənzimləmə ilə bağlı problemlərinin başa çatmadığına işarə edərək deyib ki,o, şikayətlərdən əlavə şirkətin iş axtarışı sahəsindəki əməllərini də təhqiq edir.