Accessibility links

Avropa İttifaqı İran razılığına dəstəyini ifadə edib


Cozep Borrell
Cozep Borrell

Avropa Ittifaqının xarici işlər nazirləri cümə günü Yaxın Şərq və Liviyada zorakılıqların dayandırılmasına çağırıb və regionun başqa bir müharibəyə tab gətirməyəcəyini bildirib. Onlar həmçinin İran razılığına əməl etməyə davam edəcəklərini bir daha vurğulayıb.

Brüsseldə fövqəladə danışıqlardan sonra müxbirlərlə danışan ABŞ-ın xarici işlər idarəsinin sədri Cozep Borrel xəbərdarlıq irəli sürüb.

"Region başqa müharibəyə hazır deyik və biz bütün tərəfləri de-eskalasiyaya və maksimum dərəcəfə təmkinli olmağa çağırırıq”, o deyib.

O bildirib ki, reginda zorakılıqların artması illərdir aparılan İraqı sabitləşdirmək səylərini risk altına alır.

Brüsseldəki görüş hadisələrlə dolu həftənin sonunda keçirilib. Bu həftə İran Vaşinqtonun İraqda yüksək rütbəli komadirini öldürməsinə cavab olaraq İraqda iki bazaya hücum etdi. İraq isə öz növbəsində ABŞ-ın qoşunlarını ölkədən çıxarmasınaı tələb etdi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin

Liviyada atəşkəs

Şimali Afrikada yerləşən Liviyada da münaqişə qızışıb. Rusiya və Türkiyə bazar günü atəşkəsin qüvvəyə minməsinə çağırıb. Borrel deyib ki, Avropa İttifaqı atəşkəsə nəzarət etməyə hazırdır.

Oradakı zorakılıq həmçinin Avropanın diplomatiyası və Avropa İttfaqının qurumun beynəlxalq səviyyədə nüfuzunu artırmaq istəyən yeni icraçı qolu üçün bir sınaqdır.

Borrell deyib ki, ittifaq İranın nüvə razılığını qoruyub-saxlamaq niyyətindədir. Onlar Donald Trampın Avropanın razılıqladan geri çəkilmək çağırışlarını rədd edib. O, İranı razılığa yenidən əməl etməyə çağırıb.

"Bu razılıq olmasa İran bu gün nüvə gücüna malik olardı. Bu razılıq sayəsində İran nüvə gücünə malik deyil", o söyləyib.

Bundan əvvəl Fransanın xarici işlər naziri Jan-İv Le Drian deyib ki, saziş olmadan nüvə razılığı bir-iki ilə nüvə silahlarına sahib ola bilərdi. Tehran isə nüvə fəaliyyətinin dinc məqsədli olduğunu iddia edir.

XS
SM
MD
LG