Accessibility links

Avropa İttifaqı parlament seçkilərində baş verən pozuntuları tənqid edib


Qurum Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı bəyanat yayıb

Avropa İttifaqının fevralın 9-da Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı bəyanat yayıb.

Sənəddə deyilir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) ilkin qiymətləndirməsinə görə, namizədlərin çox olmasına baxmayaraq, məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit səbəbindən həqiqi rəqabət olmayıb, bəzi müxalifət partiyaları məhdudlaşdırıcı mühiti əsas gətirərək seçkiləri boykot edib. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının təmin olunmaması bəzi şəxslərin iştirakına mane olub.

Avropa İttifaqı hesab edir ki, ATƏT/DTİHB-nin vurğuladığı kimi seçki bülletenlərinin sayılmasında yol verilən pozuntular narahatlıq doğurur.

“Avropa İttifaqı ATƏT/DTİHB və Avropa Şurasının Venesiya Komissiyası tərəfindən verilən tövsiyələrə əməl olunmadığı üçün təəssüflənir. Avropa İttifaqı bu prosesdə Azərbaycana kömək etməyə hazırdır. Avropa İttifaqı bütün vətəndaşların mənafeyi naminə dialoqun davam etdirilməsini və Azərbaycan təsisatları ilə, o cümlədən yeni seçilmiş parlamentlə sıx işləməyi səbirsizliklə gözləyir,” bəyanatda vurğulanır.

XS
SM
MD
LG