Accessibility links

Avropa İttifaqı Pfizer ilə vaksin alışı barədə müqavimə imzalayıb


Avropa İttifaqı şənbə günü Pfizer-BioNTech ilə 2023-cü ilədək əlavə mümkün 1.8 milyon dozalıq müqavilə imzalayaraq Pfizer-BioNTech-ə və onun yeni COVID-19 vaksin texnologiyasına dəstəyini möhkəmləndirib.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen tvit ataraq bildirib ki, onlar “yenicə 900 milyon dozaya zəmanət verən və eyni miqdarda potensial gələcək dozaları təmin edəcək müqaviləni təsdiqləyib”

Avropa İttifaqı üzvləri tərəfindən yekdilliklə dəstəklənən bu müqaviləyə təkcə vaksinlərin istehsalı deyil, vaksinin əsas tərkib hissələrinin Aİ-dan qaynaqlanmalı olduğuna dair tələb də daxildir.

Avropa Komissiyası hazırda altı şirkətdən 2.6 milyard doza vaksin alır. “Başqa müqavilələr və başqa vaksin texnologiyaları da daha sonra olacaq,” Von der Leyen Twitter-də yazıb.

Pfizer-BioNTech-in Avropa İttifaqı ilə ilkin 600 milyon dozalıq müqaviləsi var idi.

Şənbə günü edilən bu açıqlama Aİ-nın Pfizer-BioNTech vaksinin istehsalında istifadə olunan texnologiyaya inamını vurğulayır. Bu texnologiya Oxford-AstraZeneca-nın istehsalında istifadə olunan texnologiyadan fərqlidir.

Pfizer-BioNTech vaksinin aktiv maddə mRNT-dir. O, canlı hüceyrələrdə zülal sintezi üçün lazım olan informasiyanı DNT-dən ribosoma daşıyır.

Müqavilənin uzadılması ilə bağlı açıqlama Avropa İttifaqı əlavə doza, mümkün yeni variantlar və uşaq və yeniyetmələri peyvəndləmə ehtiyacını qarşlmağın yollarını axtardığı vaxta təsadüf edib.

Amerikanın Pfizer və Almaniyanın BioNtech şirkətləri artıq Aİ-nı bu ilin ikinci rübündə əlavə 50 milyon doza ilə təmin edəcəklərini bildiriblər.

Von der Leyen deyib ki, tez-tez tənqid olunan İngiltərə ilə İsveçin birgə istehsalı olan AstraZeneca-dan fərqli olaraq, Pfizer-BioNTech öz vədlərini yerinə yetirən daha etibarlı tərəfdaşdır.

Avropa İttifaqı iki həftə öncə 27 üzvlük ittifaqla imzaladığı müqavilənin şərtlərini yerinə yetirmədiyi üçün AstraZeneca-ya qarşı məhkəmə iddiası qaldırıb.

XS
SM
MD
LG